AZ

Ukrayna tərəfi atəşkəsə çağırıb

Ukraynanın təcili atəşkəsə ehtiyacı var.

NOCOMMENT.az xəbər verir ki, bunu “The Time” qəzetinə istinadən Vladimir Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendel deyib.

Onun sözlərinə görə, münaqişə Ukraynanı kökündən quruyur. Mendel yazır: “Mən müttəfiqlərimizə, liderlərimizə və hər şeydən əvvəl ukraynalı həmvətənlərimə səslənirəm: atəşkəsin dəyəri barədə düşünün”. O, həmçinin atəşkəs rejimini ölkənin gələcəyi üçün zəruri addım kimi qəbul etməyə çağırıb.

Mendel əlavə edib ki, NATO-ya üzvlük perspektivi getdikcə uzaqlaşır. Onun sözlərinə görə, Ukrayna artıq cəbhədə olduğu kimi, qaçqın timsalında da insanları itirir.

Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski hərbi universitet müəllimlərinin cəbhəyə göndərilməsini təklif edib . Onun sözlərinə görə, “bu, gənclərə təkcə kitablarda deyil, yer üzündə müharibənin nə olduğunu öyrətməyin yeganə yoludur”.

Seçilən
2
50
nocomment.az

10Mənbələr