AZ

Dünyadakı son toqquşma nöqtəsi Sakit Okean olacaq... - Əziz Əlibəyli

“ABŞ- ın yeri rəhbəri Donald Tramp yenidən gündəmə damğa vuracaq bəyanatlarla çıxış edir. O, ABŞ-ın ərazisinin əhəmiyyətli dərəcədə artacağına işarə edərək, ölkənin böyümək istiqamətində ciddi planlarının olduğunu bildirib. Tramp müharibələrə son qoyacağını, Rusiyanın Ukrayna ərazilərini işğalına yol verməyəcəyini, eyni zamanda, Çinin ərazisini böyüməyə imkan verməyəcəyini deyir. Özü isə ölkəsini genişləndirmək fikrində israrlıdır. Lakin Rusiya və Çin kimi güclərin Trampın istəyinə uyğun hərəkət edib-etməyəcəyi hələ də sual altındadır”.

“Bir il ərzində planlaşdırılacaq məsələlər deyil, əksinə, hakimiyyət dövründə Trampın atacağı addımlar var. Düşünürəm ki, inauqurasiya mərasimində açıq şəkildə bəyan etdiyi Panama, digər məsələlərdən daha tez öz həllini tapacaq. Digər bir reallıq, əlbəttə ki, Qrenlandiya məsələsi ilə bağlıdır. Sanmıram ki, Danimarka onun qarşısında dayana biləcək gücdədir. Amma Kanada maraqlı bir situasiya yaradır. Əslində, dövlətlərin federativ yaşam təcrübəsi var. Hər ştatın öz müstəqil hakimiyyəti, məhkəməsi və hüquqi konstitusiyası var. Bu mənada bir az fərqli təcrübələr tətbiq edə bilərlər”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib.

Siyasi şərhçi qeyd edib ki, əsas problem Çinə söykənən reallıqdır.

“Bu günlərdə elə informasiya yayıldı ki, bəlkə də SSRİ bu qədər gücdə deyildi, ABŞ ona qalib gəldi. Çin daha böyük bir nəhəng dövlətdir. Onun böyük gücü SSRİ-nin gücündən qat-qat çoxdur. Bu modern Çin gücünün meydana çıxmasına səbəb, heç şübhəsiz ki, Qərbin özü olub. Yəni, texnologiya, idarəetmə, yanaşmalar, müasirlik, innovativlik hamısı Qərb təcrübəsinə əsaslanır. Bu mənada, özündən olan bir rəqibə qarşı mübarizə aparmaq kifayət qədər çətindir. Amma onun ideoloji əsasları Qərbdən tamamilə ziddiyyət təşkil edir. Dünyanın son toqquşma nöqtəsi, əlbəttə ki, Sakit okean olacaq. Sakit Okean bölgəsində son proseslər öz əksini tapacaq. Ancaq ona qədər Yaponiya və Cənubi Koreya silahlanır. Bütün bunlar gələcəkdə ciddi proseslərin mühüm tərkib hissəsində özünü göstərəcək”.

Seçilən
5
50
aznews.az

10Mənbələr