Bu fikirləri siyasi ekspert Elçin Xalidbəyli Avropa İttifaqının səfirlərinin Ermənistandakı müşahidə missiyasının iki il müddətinə uzadılmasını təsdiqləməsini Olaylar.az-a şərh edərkən deyib.
"Missiya, əslində, Qərbin Cənubi Qafqaz regionundakı geopolitik maraqlarını həyata keçirmək məqsədilə yaradılıb və sülh onları maraqlandırmır. Qərb və ona tabe şəxslər və qurumlar siyasi manipulyasiyalarla məşğuldurlar.
Qərb dairələri bu missiyanı Cənubi Qafqazda sülh prosesinin inkişafına dəstək kimi təqdim etsələr də, əslində, onun fəaliyyəti sülhə mane olur, əlavə problemlər yaradır və mövcud vəziyyəti daha da mürəkkəbləşdirir. Məhz buna görə də Azərbaycan dövləti Ermənistanla sülh sazişinin imzalanmasından əvvəl Avropa Birliyinin mülki müşahidə missiyasının Ermənistandan çıxarılmasını rəsmi İrəvandan tələb edir. Rəsmi Bakı bu missiyanın regionda sabitliyi pozan fəaliyyətini diqqətdə saxlayır.
Ümumiyyətlə, missiyanın tərkibinə nəzər saldıqda onun əsas məqsədlərinin hərbi-siyasi xarakter daşıdığı açıq görünür. Çünki missiya əsasən NATO ölkələrinin hərbi mütəxəssislərindən təşkil olunub. Hazırda bu missiyanın tərkibində fəaliyyət göstərən hərbi kəşfiyyatçılar cəsus fəaliyyəti ilə məşğuldurlar. Bu qurumu Avropa cəsus şəbəkəsi hesab etmək olar. Bu cəsus şəbəkəsi hazırda məlumatları toplamaqla məşğuldurlar və bu fəaliyyət Azərbaycan, Türkiyə, Rusiya və İran əleyhinə yönəlib. Bu baxımdan, Avropa Birliyinin kəşfiyyat missiyasının Cənubi Qafqazdakı sülh prosesinə müsbət təsir göstərməsi mümkün deyil. Əksinə, bu şəbəkə regionda sülhün təmin olunmasına mane olan fəaliyyətini davam etdirir".
Qiymət Mahir