AZ

Bələdiyyə seçkisi: topa bülleten, "karusel" və başqa pozuntular

Çərşənbə günü Azərbaycanda bələdiyyə seçkisi keçirilib. Səsvermə saat 08:00-dan başlayıb, axşam saat 7-də başa çatıb.

Mərkəzi Seçki Komissiyasının seçki dairələrində quraşdırdığı kameralardan bəzi yerlərdə topa bülleten, "karusel", seçki büllütünlərinin topa kəsilməsi kimi pozuntuları aşkar etmək mümkün olub.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib ki, MSK-ya heç bir müraciət daxil olmayıb.

Mərkəzi Seçki Komissiyası bildirib ki, seçki fəallığı təxminən 31 faiz olub, yəni seçicilərin 1 milyon 800 milyondan çoxu səs verib.

Bələdiyyə seçkilərində səsvermə hüququ olan seçicilərin sayı 6 milyona yaxındır.

Videoya Youtube kanalımızda baxın.

Seçilən
0
50
bbc.com

10Mənbələr