AZ

“Sumqayıt”la oyun öncəsi “Araz Naxçıvan”ın heyətində CİDDİ İTKİLƏR

Misli Premyer Liqasının XXIX turunda “Sumqayıt”la qarşılaşacaq “Araz-Naxçıvan” oyunöncəsi son məşqini keçirib. 

Bizim.Media xəbər verir ki, komanda üzvləri Mərdəkan qəsəbəsində yerləşən milli komandaların məşq bazasında 1 saata yaxın baş məşqçinin tapşırıqlarını icra ediblər. 

Zədəli futbolçulardan Miço Kuzmanoviç, Ayyub Allaş, Mustafa Əhmədzadə, Bəxtiyar Həsənalızadə və Ramin Nəsirlinin müalicəsi davam edir.

Qeyd edək ki, “Araz-Naxçıvan” – “Sumqayıt” oyunu bu gün saat 18:00-da, “Liv Bona Dea”da keçiriləcək. Stadiona giriş biletsiz olacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
187
38
bizim.media

10Mənbələr