"Sabah"ın vingeri Coy-Lans Mikkelsin Azərbaycan kubokunun ilk yarımfinal mərhələsinin "Neftçi" ilə oyununda (2:1) zədəsinin ciddi olduğu üzə çıxıb.
Bizim.Media xəbər verir ki, hücumçu 1 ay oynamamaq riski ilə üzləşib.
Belə ki, “bayquşlar” qarşıdakı turlarda onun xidmətindən yararlana bilməyəcək və aprelin 23-də “Neftçi” ilə baş tutacaq yarımfinalın cavab oyununda iştirakı böyük sual altındadır.
Rəşad Rafiqoğlu, Bizim.Media