AZ

Mirçea Rednik “Kəpəz”ə baş məşqçi gətirilir – ÖZƏL

“Kəpəz”in yeni sponsorlarının komandada köklü islahatlar aparacağı barədə məlumat vermişdik. 

Bizim.Media xəbər verir ki, yeni himayədərların əsas addımlarından biri baş məşqçi ilə bağlı olacaq. 
 

Hazırkı çalışdırıcı Azər Bağırov komandanı Premyer Liqada saxlasa belə onunla əməkdaşlığa son qoyulacaq. Sponsorların komandanın gələcək məşqçisi ilə bağlı planları da maraqlıdır. Onlar hazırda “Xəzər-Lənkəran”ın sabiq baş məşqçisi Mirçea Redniklə danışıq aparır. Bu barədə Rumıniya mətbuatı da məlumat verib. Bu ölkənin gsp.ro saytının yazdığına görə Rednik özü də “Kəpəz”lə danışıq apardığını təsdiqləyib. 


Yazılanlara inansaq, Mirçea Rednik yeni mövsümdə “Kəpəz”in baş məşqçisi olacaq. 

Qeyd edək ki, o, hazırda Rumıniyanın “Uta Arad” komandasının baş məşqçisi işləyir. Ancaq bu klubda maliyyə problemləri olduğundan Rednik klubdan ayrılmağı düşünür. 2010/11-ci illər mövsümündə “Xəzər-Lənkəran”ın baş məşqçisi işləyən Rednik komanda ilə həmin mövsüm Azərbaycan kubokunu qazanıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
221
38
bizim.media

10Mənbələr