AZ

Birinci Liqa: “Qəbələ” qalib gəldi, mərkəzi oyunda heç-heçə - VİDEO

Futbol üzrə Azərbaycan 1-ci Liqasında 21-ci tura yekun vurulub.

Bizim.Media xəbər verir ki, bu gün iki qarşılaşma baş tutub.

Turun mərkəzi matçı Yevlaxda keçirilib. Burada yerli "Karvan"la "İmişli" arasındakı görüşdə qalib meəyyənləşməyib.

Mövsümü ilk "3-lük"də başa vurmağı təmin edən "Qəbələ" isə doğma meydanda "Difai"ni darmadağın edib.

1-ci Liqa, 21-ci tur
"Karvan" - "İmişli" 1:1
Qollar: R.Hüseynov, 73 - O.Timilehin, 7
"Qəbələ" - "Difai" 4:0
Qollar: D.Massumo, 7, E.Tağıyev, 17, N.Əliyev, 18, 57


Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
161
3
bizim.media

10Mənbələr