AZ

İranda “Zəngəzur dəhlizi” ilə bağlı fikir dəyişikliyi yaranıb?

İran hökumətinin sözçüsü Tehranın “Zəngəzur dəhlizi” ilə bağlı danışıqlar aparmaq üçün Ankara ilə danışıqlara başlayacağı ilə bağlı açıqlama verib...

Politoloq: “İran dövlətinin nəqliyyat dəhlizləri, kommunikasiya xəttləri, nəqliyyat arteriyaları ilə bağlı siyasətində dəyişikliyin baş verməsi müsbət haldır”.

“Qeyd etmək lazımdır ki, “Zəngəzur dəhlizi” ilə bağlı Tehranın və Ankaranın danışıqlar həyata keçirməsi Cənubi Qafqaz ətrafında iki geosiyasi aktorun məsləhətləşməsi kimi də xarakterizə oluna bilər”.

Bu sözləri politoloq İlyas Hüseynov İranın yeni “Zəngəzur dəhlizi” mövqeyini Poliqon-a şərh edərkən qeyd edib.

İran hökumətinin sözçüsü Tehranın “Zəngəzur dəhlizi” ilə bağlı danışıqlar aparmaq üçün Ankara ilə danışıqlara başlayacağı ilə bağlı açıqlama verib. Açıqlamadan belə görünür ki, Tehranda “Zəngəzur dəhlizi” ilə bağlı fikir dəyişikliyi yaranıb. Məlumatı İran mətbuatının yaymasına baxmayaraq, erməni mətbuatı Bəqainin fikirlərinin təhrif olunduğunu bildirib.

Bəs, Tehranda “Zəngəzur dəhlizi” ilə bağlı fikir dəyişikliyinin yaranması ilə bağlı iddilara nə qədər güvənmək olar və bu baş verərsə, regiondakı proseslərə, xüsusən Azərbaycan-Ermənistan münasibətlərinə necə təsir göstərə bilər?

Mövzunu Poliqon-un əməkdaşı Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov ilə müzakirə edib.

 

İlyas Hüseynov: “Belə görünür ki, zaman keçdikcə İranın siyasətində dəyişiklik baş verir”.

Türkiyənin nəinki Cənubi Qafqazqa, Yaxın Şərq regionunda da öz mövqeylərini xeyli gücləndirdiyini xatırladan politoloq Poliqon-a bildirib ki, Suriyada hakimiyyət dəyişikliyi bunu deməyə əsas verir və İran da artıq Türkiyənin gücünü qəbul edir, bununla razılaşır. Buna görə də Suriyada qapı arxasında qaldığı kimi, Cənubi Qafqazda da qapı arxasında qalmamaq üçün əməkdaşlığa dair addım atmaqda maraqlıdır:

“Vətən müharibəsindən sonra regionda yaranan yeni geosiyasi reallıqlardan kontekstində bir sıra mübarizələrin şahidi olurduq. Belə çıxır ki, regionda bir çox geosiyasi reallıqları qəbul etməyən dövlət kimi İran çıxış edir və xüsusilə “Zəngəzur dəhlizi”nin açılmasına qarşı geniş təbki , etirazlar özünü müxtəlif səviyyələrdə göstərirdi. Bunlar dini, siyasi, hərbi səviyyədə idi.

Biz ötən 4 il ərzində Bakı və Tehran arasında bir sıra ziddiyyətli münasibətlərin olduğuna da şahidlik etdik. Lakin belə görünür ki, zaman keçdikcə İranın siyasətində dəyişiklik baş verir. Bu bir tərəfdən İranın regionda möhkəmlənmək istəyi ilə bağlıdır, digər tərəfdən də Ermənistana siyasi, mənəvi, dəstəyin göstərilməsinin o qədər də qazanclı olmamasının fikri geniş yayılıb.

İlyas Hüseynov: “Zəngəzur dəhlizinin açılması bütün regionu iqtisadi canlandıracaq, ticari-iqtisadi münasibətlər də sülhə, təhlükəsizliyə xidmət edəcək”.

Xüsusilə, Ermənistan ərazisinə Avropa İttifaqının mülki missiyasının dəvət olunması eləcə də, ABŞ və Ermənistan hərbi təlimləri, ABŞ-nin Ermənistana siyasi dəstəyi bu cür fikirlərin və qənaətlərin formalaşmasına xidmət edib. İran dövlətinin nəqliyyat dəhlizləri, kommunikasiya xəttləri, nəqliyyat arteriyaları ilə bağlı siyasətində dəyişikliyin baş verməsi müsbət haldır. Çünki “Zəngəzur dəhlizi”nin açılması bütün regionu iqtisadi canlandıracaq, ticari-iqtisadi münasibətlər də sülhə, təhlükəsizliyə xidmət edəcək. 3+3 platformasının da əsas mahiyyəti bundan ibarətdir.

O cümlədən, qeyd etmək lazımdır ki, Zəngəzur dəhlizi ilə bağlı Tehranın və Ankaranın danışıqlar həyata keçirməsi də Cənubi Qafqaz ətrafında iki geosiyasi aktrın məsləhətləşməsi kimi də xarakterizə oluna bilər. Eyni zamanda nəzərə almaq lazımdır ki, Türkiyə nəyinki Cənubi Qafqazqa, Yaxın Şərq regionunda da öz mövqeylərini xeyli gücləndirib. Suriyada hakimiyyət dəyişikliyi bunu deməyə əsas verir və İran artıq Türkiyənin gücünü qəbul edir, bununla razılaşır. Buna görə də Suriyada qapı arxasında qaldığı kimi, Cənubi Qafqazda da qapı arxasında qalmamaq üçün əməkdaşlığa dair addım atmaqda maraqlıdır. Bunun nəticəsi region üçün necə olacaq bunu izləmək lazımdır. Amma düşünürəm ki bütün tərəflər qazanclı çıxacaq”.

Nərminə UMUDLU
Poliqon.info

Seçilən
39
50
poliqon.info

10Mənbələr