ABŞ-nin seçilmiş prezidenti Donald Tramp bu gün ABŞ-nin paytaxtı Vaşinqtonda keçiriləcək andiçmə mərasiminə toplaşan minlərlə tərəfdarı ilə "Capital One Arena" idman zalında keçirilən tədbirdə görüşüb.
Bir saatdan çox davam edən çıxışında Tramp seçki uğurlarından iqtisadi siyasətə, sərhəd təhlükəsizliyindən xarici siyasətə qədər bir çox mövzuda qiymətləndirmələr aparıb.
Tramp bildirib ki, vəzifəyə gəldikdən sonra görəcəyi işlərdən biri ABŞ-nin keçmiş prezidenti Con Kennedinin qətli ilə bağlı bütün sənədləri ictimaiyyətə açıqlamaqdır.
Kennedinin, eləcə də onun qardaşı Robert Kennedi və Martin Lüter Kinqin qətli ilə bağlı bütün sənədləri ictimaiyyətə açıqlayacaqlarını bildirən Tramp, “İctimaiyyətin böyük marağına səbəb olan digər məsələlərlə bağlı sənədləri də ictimaiyyətə açıqlayacağıq", - deyə qeyd edib.