ABŞ prezidenti Donald Tramp cümə axşamı, yanvarın 23-də ABŞ-ın 35-ci prezidenti Con Kennedinin, onun kiçik qardaşı, ABŞ-ın keçmiş baş prokuroru Robert Kennedinin və vaiz Martin Lüter Kinqin qətli ilə bağlı sənədlərin məxfiliyinin ləğv edilməsi haqqında sərəncam imzalayıb.
Herbiand.az xarici agentliklərə istinadən xəbər verir ki, Milli Kəşfiyyatın direktoru və Baş prokuror 15 gün müddətində Prezidentin Milli Təhlükəsizlik Məsələləri üzrə köməkçisi və Prezidentin müşaviri ilə birlikdə Con Kennedinin öldürülməsi ilə bağlı cinayət işinin sənədlərinin tam şəkildə açıqlanması planını prezidentə təqdim etməlidirlər.
Bundan əlavə, onlar 45 gün ərzində Robert Kennedi və Martin Lüter Kinqin qətli ilə bağlı istintaq materiallarını öyrənməli və onların da açılmasını planını təqdim etməlidirlər.