“Çelsi”nin nigeriyalı keçmiş yarımmüdafiəçisi Con Obi Mikel “zadəganlar”ın sahiblərinə müraciətində onları səriştəsizlikdə təqsirləndirib.
Arena.az “Chelsea News” dərgisinə istinadən, “zadəganlar”ın keçmiş futbolçusunun London klubunun amerikan sahibləri haqda müvafiq fikrini təqdim edir:
“Mən klubun bu amerikan sahibləri haqqında çox xüsusları bilmirəm, onlar bunu futbol və ya “sokker”mi adlandırırlar? Ay futbolu “sokker” adlandıran hər kəs, mən sizinlə danışmaq belə, istəmirəm, sizin, oyun haqqında açıq-aşkar surətdə məlumatınız yoxdur. Xeyr, amma Roma (“Çelsi”nin keçmiş sahibi, rusiyalı iş adamı Roman Abramoviç – redaktorun qeydi) bu qədər pul xərcləyən oğlan idi, o, ən yaxşıları gətirərdi, bizim zirvədə olmağımıza, hər il qənimət qazanmağımıza və mübarizə aparmağımıza dair həmişə qayğılanar, diqqət edərdi. Biz hətta qənimət qazanmasaq da, növbəti ildə bir və ya iki qənimət qazanmağa borclu idik, Roman bizim üçün bax, həmin oğlan idi”, deyə Con Obi Mikel vurğulayıb.
Xatırladaq ki, Roman Abramoviç 2003-cü ildən “Çelsi”nin sahibi olub. 2022-ci ilin may ayında “Çelsi”nin Roman Abramoviçin mülkiyyətindən Todd Boulinin (Bouli) konsorsiumuna ötürülməsi ilə bağlı sövdələşmə gerçəkləşdirilb.
Məhz Abramoviçin dövründə “Çelsi” “zadəganlar”ın “qızıl dövrü”nü yaşayıb. Hazırda isə London klubu özlüyündə möhkəm ortababı təcəssüm etdirir.
“Çelsi” İngiltərə Premyer Liqasının 2024/2025-ci illər mövsümündə keçirdiyi 23 oyunda 40 xal toplayıb və 20 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb. “Zadəganlar” 23 oyuna 11 qələbə qazanıblar, 7 heç-heçə ediblər, 5 məğlubuyyətə üzülüblər.