EN

Rəqəmsal investisiya iqtisadi artımın cəlbedici amilidir

Dünya İqtisadi Forumu bu sahədə ölkəmizin uğurunu təqdir edib

Sürətlə dəyişən qlobal mühitdə Azərbaycan rəqəmsal transformasiyanı iqtisadi artımın əsas amili kimi görür və həm yerli, həm də beynəlxalq investisiyalar üçün cəlbedici mühit yaratmaq məqsədilə səmərəli  tədbirlər həyata keçirir.
Bu barədə Dünya İqtisadi Forumunun (DİF) rəqəmsal investisiya cəlbediciliyi ilə bağlı hesabatında qeyd olunub. Bildirilib ki, Azərbaycanda reallaşdırılan “Digital FDI” layihəsi bir sıra strateji görüşlərlə başlayıb. Bu çərçivədə Azərbaycanın rəqəmsal iqtisadiyyatında fəaliyyət göstərən yerli və beynəlxalq müəssisələr arasında aparılan sorğular və müsahibələr bazar dinamikası, qarşıda duran çağırışlar və potensial imkanlar haqqında ətraflı məlumat əldə etməyə şərait yaradıb.
Hesabatda vurğulanır ki, “Digital FDI” təşəbbüsü Azərbaycanın innovasiya və sahibkarlıq mühitinə mühüm təsir göstərib. Keçirilən seminarlar bilik mübadiləsini təşviq etməklə yanaşı, yerli biznesin qlobal rəqəmsal transformasiya tendensiyalarına uyğunlaşmasına strateji dəstək verib. Şirkət və startaplar rəqəmsal hazırlıq səviyyələrini qiymətləndirmək, inkişaf istiqamətlərini müəyyənləşdirmək və praktik tövsiyələr almaq imkanı qazanıb ki, bu da onların investisiya cəlbetmə və fəaliyyətlərini genişləndirmə potensialını artırıb.
Hesabatda, həmçinin “InvesTech” kalkulyatorunun yaradılması qeyd olunur. Bu alət rəqəmsal investisiya mənzərəsi haqqında şəffaf məlumat təqdim edərək, investisiya qərarlarının qəbulunu sadələşdirmək məqsədi daşıyır. “InvesTech” kalkulyatoru layihənin strategiyasının vacib hissəsidir və əlavə xarici investisiyaların cəlb olunmasına şərait yaradır.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun fikirlərinə də hesabatda yer ayrılıb. Nazir vurğulayıb ki, 2024-cü ilin iyun ayında yayımlanan Dünya İqtisadi Forumunun “IDEA: Investing in the Digital Economy of Azerbaijan” təşəbbüsü Azərbaycanın startaplar və innovasiyalar üçün əlverişli mühit yaratmaq sahəsində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib.
Hesabatda bildirilir ki, xarici investisiyaların cəlb edilməsi, özəl sektorun stimullaşdırılması və rəqəmsallaşmanın inkişafı Azərbaycan üçün sosial-iqtisadi inkişaf baxımından böyük əhəmiyyət kəsb edir.

XQ

Chosen
12
16
xalqqazeti.az

10Sources