İkinci Dünya müharibəsindən sonra formalaşan müasir qlobal təhlükəsizlik və idarəetmə sistemi tamamilə çökdüyündən hazırda dünya olduqca mürəkkəb və qeyri-müəyyən tarixi dövrünün yaşamaqdadır. Bunun nəticəsi olaraq mövcud qlobal idarəetmə sistemində xüsusi rola malik beynəlxalq hüququn təməl prinsiplərini qoruyan BMT, bu kimi digər beynəlxalq və regional təşkilatlar da öz funksiyasını itirərək effektsiz qurumlara çevriliblər. Yeni sistem də formalaşmayıb.
Biz bu gün daha çox yeni dünya sisteminin formalaşdırılması adı altında neokolonialist siyasət yürüdən ölkələrin amansız savaşlarının şahidi olmaqdayıq.
Mövcud mürəkkəb və çoxgedişli, çoxtəbəqəli geosiyasi proseslər zamanı dünya dövlətlərinə, xüsusən də kiçik dövlətlərin təhlükəsizliyinə əlavə gözlənilməz ciddi təhdidlər və risklər yaradır.
Çünki bu proseslərdə kiçik ölkələr güc mərkəzlərinin fəal maraq obyektinə və ya geosiyasi oyunlarda alətinə çevrilirlər.
Bu özünü dünyanın müxtəlif bölgələrində olduğu kimi, yaşadığımız Cənubi Qafqaz bölgəsində də açıq şəkildə biruzə verməkdədir. Azərbaycan Ermənistanın timsalında belə bir vəziyyətlə üz-üzədir.
Təbii ki, Azərbaycan qlobal çağırışlara zamanında çevik reaksiya verməsi nəticəsində yürütdüyü uğurlu xarici siyasəti nəticəsində qlobal geosiyasi proseslər öz xeyrinə dəyişməklə ölkəmizin üzləşdiyi təhlükələrin və risklərin təsirini minimuma endirir. Azərbaycan uğurlu diplomatiyası nəticəsində üzləşdiyi işğalçılıq siyasətinə son verərək ərazi bütövlüyünü, suverenliyini bərpa edərək dünyanın güclü və beynəlxalq aləmdə böyük nüfuza malik ölkəsinə çevrilib. Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki uğurları davam etməkdədir. Lakin bununla belə Azərbaycan da digər ölkələri kimi bir çox təhdidlərlə üzləşməkdədir.
Bunun əsas səbəblərindən biri isə Azərbaycanın uğurlarını həzm edə bilməyən anti-Azərbaycan ölkələr və güclər ölkəmizə qarşı mütəmadi olaraq müxtəlif formalı hibrid hücumlar təşkil etməkdədirlər. Azərbaycan Prezidentinin liderliyi altında ölkəmizə qarşı yönəlik həmlələr uğurla dəf edilməkdədir. Ölkəmizə qarşı bu hücumlaırn dəf edilməsi və adekvat addımlar atılmasında isə parlamentarizm diplomatiyasının özünəməxusus rolu və payı var.
Yeni düzənində parlament diplomatiyası ölkələrin xarici siyasətinin həyata keçirilməsində rolu getdikcə artır.
Çünki ölkələrin xarici siyasətinin əsas prioritetlərinin beynəlxalq aləmə, həmçinin ölkə həqiqətlərinin dünyaya çatdırılmasında, dövlətlərarası münasibətlərin inkişaf etdirilməsində parlamentin imkanları daha genişdir.
Azərbaycan Milli Məclisi də parlament diplomatiyasının yaratdığı fürsətlərdən faydalanaraq üzərinə düşən missiyanı layiqincə həyata keçirmək istiqamətində fəaliyyət göstərməkdədir.
Parlament diplomatiyasının əsas məqsədi Azərbaycan Prezidentinin xarici və daxili siyasətlə bağlı mövqeyini, bu siyasətin uğurla həyata keçirilməsini, eyni zamanda Azərbaycan həqiqətlərini beynəlxalq aləmin diqqətinə çatdırılmasına dəstək olmaqdır.
Azərbaycan qarşı qərəzli informasiya və hibrid savaşlarda Milli Məclis parlament diplomatiyasının imkanlarından faydalanaraq çevik reaksiya verib əks-həmlə diplomatiyasını həyata keçirməklə bu hücumların təsirlərini zərərsizləşdirmək istiqamətində lazımi addımlar atırlar.
Burada onu da qeyd etmək yerinə düşər ki, VI və VII çağırış dönəmində Milli Məclisin informasiya və media siyasəti tamamilə yeni prinsiplərə əsaslanaraq uğurlu şəkildə qurulub. İnformasiya siyasəti operativliyə əsaslanaraq, məsələlərə zamanında çevik reaksiya verilərək məlumatlar və informasiyalar operativ şəkildə müxtəlif dillərdə məlumatlar geniş ictimaiyyətə çatdırılır. Bu da parlament diplomatiyasınin uğurla həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edir.
Milli Məclisin parlament diplomatiyası sahəsində hansı fəaliyyəti göstərib və bu istiqamətdə üzərinə düşən missiyanı necə yetirib-yetirmədiyinə aydınlıq gətirməyə çalışacağıq.
Bunun üçün də VII çağırış Milli Məclisin qısamüddətli payız sessiyasının yekunlarına diqqət yetirmək kifayətdir.
İlk olaraq onu qeyd etmək yerinə düşər ki, VI çağırış Milli Məclis dövründə parlament sədri Sahibə Qafarovanın 75 xarici səfəri olub. Bu da Milli Məclis tarixində rekord səviyyədə xarici səfər hesab olunur.
VII çağırış Milli Məclis 2024-cü ilin oktyabr aynda fəaliyyətə başlasa da, ötən bu qısa zaman kəsiyində Milli Məclis sədri Sahibə Qafarovanın Tacikistana, İsveçrəyə, Türkiyəyə, Rusiyaya və İtaliyaya səfərlər edib.
Milli Məclis sədrinin adı şəkilən ölkələrə səfərləri istər Azərbaycanın xarici siyasi kursu, istərəsə ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərin, istərsə də daha qlobal səviyyədə münasibətlərin inkişaf etdirilməsi baxımdan çox böyük tarixi əhəmiyyət kəsb edir.
Mərkəzi Asiya Azərbaycanın xarici siyasətinin prioritetləri sırasında mühüm yeri olan bölgədir. Bunu şərtləndirən çoxsaylı faktorlar mövcuddur.
Birincisi, Mərkəzi Asiya ilə Azərbaycanı tarixi-dini-mədəni köklər bir-birinə bağlayır.
İkincisi, Mərkəzi Asiya ölkələri ilə Azərbaycan həm MDB, həm TDT, həm İƏT, həm ŞƏT, həm də digər beynəlxalq və regional təşkilatlarda bərabərhüquqlu üzvü kimi çoxtərəfli əməkdaşlıq münasibətlərinə malikdir.
Üçüncüsü, Mərkəzi Asiya Orta Dəhliz vasitəsi ilə Qərblə Şərqi birləşdirən coğrafiyada yerləşir;
Beşincisi, İkinci Qarabağ savaşından sonra Azərbaycanın yaratdığı reallıqlar Mərkəzi Asiya ilə münasibətləri inkişaf etdirmək diqtə etdiyindən ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatında əməkdaşlığı zəruri edir. Mərkəzi Asiya eyni zamanda qlobal çağırışlara uyğun olaraq Azərbaycanın qarşısında duran hədəflərə nail olmaq baxımdan mühüm əhəmiyyət kəsb edən bölgədir. Bu səbəbdən də Milli Məclis sədrinin Tacikistan səfəri xüsusi əhəmiyyət kəsb edir.
Milli Məclis sədrinin Düşənbədə beynəlxalq tədbirdə iştirak etməsi, orada istər Tacikistan rəhbərliyi, istər Qazaxıstan və Özbəkistan parlament rəhbərliyi ilə ikitərəfli formatda keçirdiyi görüşlər region ölkələri ilə Azərbaycan arasında əlaqələrin hərtərəfli baxımdan daha da inkişafına öz müsbət töhfəsini verəcək.
Milli Məclis sədrinin İsveçrəyə səfəri həm ikitərəfli, həm də Avropa İttifaqına üzv ölkə olaraq çoxtərəfli əməkdaşlıq baxımdan ciddi əhəmiyyət kəsb edir.
Milli Məclis sədrinin səfər çərçivəsində Cenevrədə keçirilən Parlamentlərarası İttifaqın 149-cu Assambleyasında “Daha sülhsevər və dayanıqlı gələcək üçün elm, texnologiya və innovasiyadan (ETİ) istifadə” mövzusunda keçirilən toplantıda çıxışı isə Azərbaycanın müzakirə olunan məsələlərlə bağlı mövqeyinin beynəlxalq aləmə çatdırılması baxımdan xüsusi əhəmiyyət kəsb edir. Spiker çıxışında Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsində Azərbaycanın aktiv iştirakçı olacağı rolunu qeyd edib. Spiker toplantıda Azərbaycanın qlobal aləmdə baş verən mürəkkəb geosiyasi proseslər fonunda dünyada sülhün, sabitliyin və sıx əməkdaşlıq münasibətlərinin qurulması, eyni zamanda qlobal problemlərin həllinə verə biləcəyi töhfə barədə mövqeyini toplantı iştirakçılarının diqqətinə çatdırıb.
Spikerin tədbir çərçivəsində İran, Türkiyə, Albaniya, Parlamentlərarası İttifaqın (PAİ) Baş katibi Martin Çunqonqla ikitərəfli görüşü də parlament diplomatiyası baxımdan ciddi əhəmiyyət kəsb edir.
Milli Məclis sədrinin Türkiyə, Rusiyaya səfərləri də ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatında əməkdşalığın daha dərinləşməsinə öz müsbət töhfələrini verəcəyi şübhəsizdir.
Milli Məclis sədri Sahibə Qafarovanın yanvarın 21-22-də İtaliyaya rəsmi səfəri də həm ikitərəfli, həm çoxtərəfli, həm də regional əməkdaşlıq münasibətlər baxımdan xüsusi əhəmiyyət kəsb edir.
NATO, Avropa İttifaqının, G7 kimi mötəbər qurumun tamhüquqlu üzvü olan İtaliyə ilə Azərbaycan arasında siyasi-iqtisadi-ticari-enerji-humanitar sahədə çox geniş əməkdaşlıq münasibətləri mövcuddur. Bu gün İtaliya Azərbaycanın nəinki Avropada, ümumiyyətlə dünyada ən ciddi ticarət partnyorudur. Azərbaycanla İtaliya arasında çox sıx enerji sahəsində əməkdaşlığı mövcuddur.
Azərbaycanla İtaliya beynəlxalq və regional təşkilatlarda çox sıx əməkdaşlığı mövcuddur. Milli Məclis sədrinin İtaliyaya rəsmi səfəri nəinki iki ölkə arasında, eyni zamanda İtaliyanın üzv olduğu digər təşkilatlarda Azərbaycanla əlaqələrin inkişafına, mövqeyinin müdafiəsi və Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması baxımdan öz təhfəsini verəcək.
Milli Məclis Azərbaycan Prezidentinin müstəmləkəçiləyə qarşı yürütdüyü siyasət çərçivəsində müstəmləkə siaysətinə məruz qalan ölkələrin iştirakı ilə Bakı Təşəbbüs Qrupunun fəaliyyəti parlament diplomatiyası baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə yürüdülən diplomatiya Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun daha da artaraq mövqeyinin möhkəmlənməsi və beynəlxalq münasibətlər sistemində ciddi aktor rolunda çıxış etməsi baxımdan tarixi əhəmiyyət kəsb edir.
Bakıda baş tutan COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə müxtəlif təsisatları təmsil edən 67 ölkədən 345 nəfər parlament təmsilçisi iştirak edib. Bu tədbir qlobal iqlim dəyişikliyinə qarşı Azərbaycanın oynayacağı rolun beynəlxalq aləmə çatdırılması baxımdan xüsusi rol oynayır.
Azərbaycan parlamentinin 106-cı ildönümünə həsr edilən Beynəlxalq parlament konfransının keçirilməsi və həmin toplantıda bir sıra ölkələrin və beynəlxalq təşkilatların iştirakı da parlament diplomatiyasının uğurudur.
Bundan əlavə olaraq payız sessiyası çərçivəsində Milli Məclis üzvləri tərəfindən 24 xarici ölkəyə 80 səfər həyata keçirilib. Deputatlar 11 beynəlxalq təşkilatın tədbirlərində iştirak ediblər.
60 ölkənin, 16 beynəlxalq təşkilatın və 14 beynəlxalq təsisatın 104 nümayəndə heyəti, ümumən 457 nəfər xarici qonaq Milli Məclisdə olub.
Milli Məclisin sədri parlamentdə 9 ölkənin parlament sədrləri və sədr müavinləri, 6 beynəlxalq təşkilatın rəhbərləri, 10-dan artıq dövlətin Azərbaycandakı səfirləri ilə görüşlər keçirib.
Yekun olaraq bir daha onu qeyd etmək lazımdır ki, Milli Məclisin parlament diplomatiyasının əsas hədəfi Azərbaycanın sülhsevər ölkə olduğunu beynəlxalq aləmə çatdırmaq, beynəlxalq münasibətlər sistemində ölkəmizin mövqeyinin daha möhkəmlənməsinə nail olmaq, açıq qarşıdurma dövründə ölkənin təhlükəsizliyini daha etibarlı şəkildə təmin etmək üçün öz ətrafında daha çox tərəfdaş toplamaqdır.
Milli Məclis parlament diplomatiyası vasitəsi ilə Prezident İlham Əliyevin Azərbaycanın mürəkkəb geosiyasi proseslərin yaratdığı fürsətlərdən maksimum faydalanaraq yeni-yeni uğurlara imza ataraq dövlətimizin dünyanın ən güclü, qüdrətli, sosial rifah ölkəsinə çevrilməsi istiqamətindəki strateji inkişaf hədəflərinə nail olunmasında, eyni zamanda bu yolda üzləşdiyi təhdidlərə qarşı mübarizədə ən yaxın dəstəkçisi olaraq ön cərgədə olacaq.
Mürtəza
Ölkə.Az