RU

Parlament diplomatiyası: Yeni düzən, qlobal təhdilər, çağırışlar və qarşıda duran hədəflər

İkinci Dünya müharibəsindən sonra formalaşan müasir qlobal təhlükəsizlik və idarəetmə sistemi tamamilə çökdüyündən hazırda dünya olduqca mürəkkəb və qeyri-müəyyən tarixi  dövrünün yaşamaqdadır.  Bunun nəticəsi olaraq mövcud qlobal idarəetmə sistemində xüsusi rola malik beynəlxalq hüququn təməl prinsiplərini qoruyan BMT,  bu kimi  digər beynəlxalq və regional təşkilatlar da  öz funksiyasını itirərək effektsiz qurumlara çevriliblər. Yeni sistem də formalaşmayıb.  

Biz bu gün daha çox yeni dünya sisteminin formalaşdırılması adı altında neokolonialist siyasət yürüdən ölkələrin  amansız  savaşlarının şahidi olmaqdayıq. 
 

Mövcud mürəkkəb və çoxgedişli, çoxtəbəqəli geosiyasi  proseslər zamanı dünya dövlətlərinə, xüsusən də kiçik dövlətlərin təhlükəsizliyinə əlavə gözlənilməz  ciddi təhdidlər  və risklər yaradır.
Çünki bu proseslərdə kiçik ölkələr güc mərkəzlərinin fəal maraq obyektinə  və  ya geosiyasi oyunlarda alətinə çevrilirlər.

Bu özünü dünyanın müxtəlif bölgələrində olduğu kimi,  yaşadığımız Cənubi Qafqaz bölgəsində də  açıq şəkildə biruzə verməkdədir. Azərbaycan  Ermənistanın timsalında belə bir  vəziyyətlə üz-üzədir.

Təbii ki, Azərbaycan qlobal  çağırışlara  zamanında çevik reaksiya verməsi nəticəsində yürütdüyü uğurlu xarici siyasəti  nəticəsində qlobal geosiyasi proseslər öz xeyrinə  dəyişməklə ölkəmizin üzləşdiyi təhlükələrin və risklərin təsirini minimuma endirir.  Azərbaycan uğurlu diplomatiyası  nəticəsində     üzləşdiyi işğalçılıq siyasətinə son verərək ərazi bütövlüyünü, suverenliyini bərpa edərək dünyanın güclü və beynəlxalq aləmdə  böyük nüfuza malik ölkəsinə çevrilib. Azərbaycanın  beynəlxalq münasibətlər sistemindəki uğurları davam etməkdədir. Lakin bununla belə   Azərbaycan da digər ölkələri kimi bir çox təhdidlərlə üzləşməkdədir.
Bunun əsas səbəblərindən biri isə  Azərbaycanın uğurlarını həzm edə bilməyən anti-Azərbaycan ölkələr və güclər ölkəmizə qarşı  mütəmadi olaraq  müxtəlif  formalı hibrid hücumlar təşkil etməkdədirlər. Azərbaycan Prezidentinin liderliyi altında ölkəmizə qarşı yönəlik həmlələr uğurla dəf edilməkdədir. Ölkəmizə qarşı  bu hücumlaırn dəf edilməsi və adekvat addımlar atılmasında isə parlamentarizm diplomatiyasının  özünəməxusus  rolu və payı var.
Yeni düzənində parlament diplomatiyası ölkələrin xarici siyasətinin  həyata keçirilməsində rolu getdikcə artır. 

Çünki ölkələrin xarici siyasətinin əsas prioritetlərinin beynəlxalq aləmə, həmçinin  ölkə həqiqətlərinin dünyaya çatdırılmasında, dövlətlərarası  münasibətlərin inkişaf etdirilməsində parlamentin imkanları daha genişdir.

Azərbaycan Milli Məclisi də  parlament diplomatiyasının  yaratdığı fürsətlərdən  faydalanaraq üzərinə düşən  missiyanı layiqincə həyata keçirmək istiqamətində fəaliyyət göstərməkdədir. 
Parlament diplomatiyasının əsas məqsədi Azərbaycan Prezidentinin xarici və daxili siyasətlə bağlı mövqeyini, bu siyasətin uğurla  həyata keçirilməsini, eyni zamanda  Azərbaycan həqiqətlərini  beynəlxalq aləmin diqqətinə çatdırılmasına dəstək olmaqdır.

Azərbaycan qarşı  qərəzli informasiya və hibrid savaşlarda  Milli Məclis parlament diplomatiyasının  imkanlarından faydalanaraq  çevik reaksiya verib əks-həmlə diplomatiyasını həyata keçirməklə bu hücumların təsirlərini zərərsizləşdirmək istiqamətində  lazımi addımlar atırlar. 
Burada onu da qeyd etmək yerinə düşər ki, VI və VII çağırış dönəmində  Milli Məclisin informasiya  və media siyasəti tamamilə yeni prinsiplərə əsaslanaraq uğurlu şəkildə qurulub. İnformasiya siyasəti operativliyə əsaslanaraq, məsələlərə  zamanında çevik reaksiya verilərək məlumatlar və informasiyalar    operativ şəkildə müxtəlif dillərdə məlumatlar  geniş ictimaiyyətə çatdırılır. Bu da parlament diplomatiyasınin uğurla həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edir.


 Milli Məclisin parlament diplomatiyası sahəsində hansı fəaliyyəti göstərib və bu istiqamətdə üzərinə düşən missiyanı necə yetirib-yetirmədiyinə aydınlıq gətirməyə çalışacağıq. 
Bunun üçün də VII çağırış Milli Məclisin qısamüddətli payız sessiyasının yekunlarına diqqət yetirmək kifayətdir.

İlk olaraq onu qeyd etmək yerinə düşər ki, VI çağırış Milli Məclis dövründə   parlament sədri Sahibə Qafarovanın 75  xarici səfəri olub. Bu da  Milli Məclis tarixində rekord  səviyyədə xarici səfər hesab olunur. 

VII çağırış Milli Məclis 2024-cü ilin oktyabr aynda fəaliyyətə başlasa da, ötən bu qısa zaman kəsiyində  Milli Məclis sədri Sahibə Qafarovanın Tacikistana, İsveçrəyə, Türkiyəyə, Rusiyaya və İtaliyaya  səfərlər edib.

 Milli Məclis sədrinin adı şəkilən ölkələrə səfərləri  istər Azərbaycanın xarici siyasi kursu, istərəsə ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərin, istərsə də daha qlobal səviyyədə münasibətlərin inkişaf etdirilməsi baxımdan çox  böyük tarixi əhəmiyyət kəsb edir.
Mərkəzi Asiya  Azərbaycanın xarici siyasətinin prioritetləri sırasında mühüm yeri olan  bölgədir. Bunu şərtləndirən çoxsaylı faktorlar mövcuddur.

Birincisi, Mərkəzi Asiya ilə Azərbaycanı  tarixi-dini-mədəni köklər bir-birinə bağlayır.
İkincisi, Mərkəzi  Asiya ölkələri  ilə Azərbaycan həm MDB, həm TDT, həm İƏT,  həm ŞƏT, həm də digər beynəlxalq və regional təşkilatlarda bərabərhüquqlu üzvü kimi çoxtərəfli əməkdaşlıq münasibətlərinə malikdir.

Üçüncüsü,  Mərkəzi Asiya Orta Dəhliz vasitəsi ilə Qərblə Şərqi birləşdirən coğrafiyada yerləşir;
Beşincisi,  İkinci Qarabağ savaşından sonra Azərbaycanın yaratdığı reallıqlar Mərkəzi Asiya ilə münasibətləri inkişaf etdirmək diqtə etdiyindən ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatında  əməkdaşlığı zəruri edir. Mərkəzi Asiya eyni zamanda qlobal çağırışlara uyğun olaraq Azərbaycanın qarşısında  duran  hədəflərə nail olmaq baxımdan mühüm əhəmiyyət kəsb edən bölgədir.  Bu səbəbdən də Milli Məclis sədrinin Tacikistan səfəri xüsusi əhəmiyyət kəsb edir.  
Milli Məclis sədrinin Düşənbədə beynəlxalq tədbirdə iştirak etməsi, orada istər  Tacikistan  rəhbərliyi, istər Qazaxıstan və Özbəkistan parlament rəhbərliyi ilə ikitərəfli  formatda keçirdiyi görüşlər region ölkələri ilə Azərbaycan arasında əlaqələrin   hərtərəfli baxımdan daha da inkişafına öz müsbət töhfəsini verəcək.

Milli Məclis sədrinin İsveçrəyə səfəri  həm  ikitərəfli, həm də Avropa İttifaqına üzv ölkə olaraq çoxtərəfli əməkdaşlıq baxımdan  ciddi   əhəmiyyət kəsb edir.

 Milli Məclis sədrinin  səfər çərçivəsində Cenevrədə keçirilən Parlamentlərarası İttifaqın 149-cu Assambleyasında “Daha sülhsevər və dayanıqlı gələcək üçün elm, texnologiya və innovasiyadan (ETİ) istifadə” mövzusunda keçirilən toplantıda  çıxışı  isə Azərbaycanın  müzakirə olunan məsələlərlə bağlı mövqeyinin beynəlxalq aləmə çatdırılması baxımdan xüsusi əhəmiyyət kəsb edir. Spiker çıxışında Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsində Azərbaycanın aktiv iştirakçı olacağı rolunu qeyd edib. Spiker toplantıda Azərbaycanın qlobal aləmdə baş verən mürəkkəb  geosiyasi proseslər fonunda  dünyada sülhün, sabitliyin  və sıx əməkdaşlıq münasibətlərinin qurulması, eyni zamanda qlobal problemlərin həllinə verə biləcəyi töhfə barədə mövqeyini  toplantı iştirakçılarının diqqətinə çatdırıb.

 Spikerin tədbir çərçivəsində İran, Türkiyə, Albaniya, Parlamentlərarası İttifaqın (PAİ) Baş katibi Martin Çunqonqla ikitərəfli görüşü də parlament diplomatiyası baxımdan ciddi əhəmiyyət kəsb edir.

 Milli Məclis sədrinin Türkiyə, Rusiyaya səfərləri də ikitərəfli və çoxtərəfli  əməkdaşlıq formatında əməkdşalığın  daha dərinləşməsinə öz müsbət töhfələrini verəcəyi şübhəsizdir.

Milli Məclis sədri Sahibə Qafarovanın yanvarın 21-22-də İtaliyaya rəsmi səfəri də həm ikitərəfli, həm çoxtərəfli, həm də regional əməkdaşlıq münasibətlər baxımdan xüsusi əhəmiyyət kəsb edir.

  NATO, Avropa İttifaqının, G7 kimi  mötəbər qurumun tamhüquqlu üzvü olan İtaliyə ilə Azərbaycan  arasında siyasi-iqtisadi-ticari-enerji-humanitar sahədə çox  geniş əməkdaşlıq münasibətləri mövcuddur.  Bu gün İtaliya Azərbaycanın  nəinki Avropada, ümumiyyətlə dünyada ən ciddi ticarət partnyorudur.  Azərbaycanla İtaliya arasında çox sıx enerji sahəsində əməkdaşlığı mövcuddur. 

Azərbaycanla İtaliya   beynəlxalq və regional təşkilatlarda çox sıx əməkdaşlığı mövcuddur.  Milli Məclis sədrinin İtaliyaya rəsmi səfəri  nəinki iki ölkə arasında, eyni zamanda  İtaliyanın üzv olduğu digər təşkilatlarda Azərbaycanla əlaqələrin inkişafına, mövqeyinin müdafiəsi və Azərbaycan həqiqətlərinin  beynəlxalq aləmə çatdırılması baxımdan öz təhfəsini verəcək. 
 Milli Məclis Azərbaycan Prezidentinin müstəmləkəçiləyə qarşı yürütdüyü  siyasət çərçivəsində müstəmləkə siaysətinə məruz qalan ölkələrin iştirakı ilə Bakı Təşəbbüs Qrupunun fəaliyyəti  parlament diplomatiyası baxımdan mühüm əhəmiyyət kəsb edir.  Bu istiqamətdə yürüdülən diplomatiya Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun daha da artaraq  mövqeyinin möhkəmlənməsi və  beynəlxalq münasibətlər sistemində ciddi aktor  rolunda çıxış etməsi baxımdan tarixi əhəmiyyət kəsb edir. 

Bakıda baş tutan COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə keçirilən  tədbirdə müxtəlif təsisatları təmsil edən 67 ölkədən 345 nəfər parlament təmsilçisi iştirak edib. Bu tədbir  qlobal iqlim dəyişikliyinə qarşı Azərbaycanın oynayacağı  rolun beynəlxalq aləmə çatdırılması baxımdan xüsusi rol oynayır. 

Azərbaycan parlamentinin 106-cı ildönümünə həsr edilən Beynəlxalq parlament konfransının keçirilməsi və həmin toplantıda  bir sıra ölkələrin və beynəlxalq təşkilatların iştirakı da parlament diplomatiyasının uğurudur.

Bundan əlavə olaraq payız sessiyası çərçivəsində Milli Məclis üzvləri tərəfindən 24 xarici ölkəyə 80 səfər həyata keçirilib. Deputatlar 11 beynəlxalq təşkilatın tədbirlərində iştirak ediblər. 
60 ölkənin, 16 beynəlxalq təşkilatın və 14 beynəlxalq təsisatın 104 nümayəndə heyəti, ümumən 457 nəfər xarici qonaq Milli Məclisdə olub.

Milli Məclisin sədri parlamentdə 9 ölkənin parlament sədrləri və sədr müavinləri, 6 beynəlxalq təşkilatın rəhbərləri, 10-dan artıq  dövlətin Azərbaycandakı səfirləri ilə görüşlər keçirib.
Yekun olaraq bir daha onu qeyd etmək lazımdır ki,  Milli Məclisin parlament diplomatiyasının əsas  hədəfi Azərbaycanın sülhsevər   ölkə olduğunu  beynəlxalq aləmə çatdırmaq, beynəlxalq münasibətlər sistemində ölkəmizin mövqeyinin daha möhkəmlənməsinə nail olmaq, açıq qarşıdurma dövründə ölkənin təhlükəsizliyini daha etibarlı şəkildə  təmin etmək üçün  öz ətrafında daha çox tərəfdaş toplamaqdır.  

Milli Məclis parlament diplomatiyası vasitəsi ilə Prezident İlham Əliyevin Azərbaycanın mürəkkəb geosiyasi proseslərin yaratdığı fürsətlərdən maksimum faydalanaraq yeni-yeni uğurlara imza ataraq dövlətimizin dünyanın ən güclü, qüdrətli, sosial rifah ölkəsinə çevrilməsi istiqamətindəki strateji inkişaf hədəflərinə nail olunmasında, eyni zamanda bu yolda üzləşdiyi təhdidlərə qarşı mübarizədə ən yaxın dəstəkçisi olaraq ön cərgədə olacaq.

Mürtəza
Ölkə.Az

Избранный
13
50
olke.az

10Источники