Bakı, 25 yanvar, AZƏRTAC
Qar voleybolu üzrə Azərbaycan çempionatına start verilib.
AZƏRTAC xəbər verir ki, ölkəmizdə ilk dəfə keçirilən yarışda 4 qadın (“Azərreyl”, “Murov Az Terminal”, “Gəncə”, U-21) və 4 kişi (“Azərreyl”, “Murov Az Terminal”, “Gənclər”, U-21) komandası çempionluq uğrunda mübarizə aparır. “Şahdağ” Turizm Mərkəzində təşkil olunan yarışın ilk günündə 8 oyun baş tutub.
Sabah çempionatda 3-cü turun qarşılaşmaları, ardınca isə final və üçüncü yer uğrunda oyunlar keçiriləcək. Final qarşılaşmalarından sonra qaliblərin mükafatlandırma mərasimi olacaq.
Ölkə çempionatı dairəvi sistem üzrə keçirilir. Yekun nəticəyə əsasən ilk iki pillənin sahibləri çempionluq, 3-4-cü yerləri tutacaq komandalar isə üçüncülük uğrunda oynayacaq.
Oyunların nəticələri
25 yanvar
Qadınlar
“Azərreyl” - U-21 2:0 (15:7, 15:4)
“Murov Az Terminal” - “Gəncə” 2:0 (16:14, 15:13)
“Azərreyl” - “Murov Az Terminal” 2:0 (15:10, 15:9)
“Gəncə” - U-21 2:1 (13:15, 15:12, 15:7)
Kişilər
“Azərreyl” - “Gənclər” 2:0 (15:3, 15:6)
“Murov Az Terminal” - U-21 2:1 (15:7, 12:15, 15:6)
“Azərreyl” - “Murov Az Terminal” 2:1 (9:15, 15:10, 15:11)
U-21 - “Gənclər” 2:0 (15:6, 15:6)
26 yanvar
Qadınlar
10:00. “Azərreyl” - “Gəncə”
10:45. “Murov Az Terminal” - U-21
Son oyun gününün proqramı
11:30. “Azərreyl” - U-21
12:15. “Murov Az Terminal” - “Gənclər”
14:30. 3-cü yer (qadınlar)
15:15. 3-cü yer (kişilər)
16:00. Final (qadınlar)
16:45. Final (kişilər)
Mükafatlandırma mərasimi
Qeyd edək ki, qar voleybolu üzrə Azərbaycan çempionatı "Misli"nin dəstəyi ilə təşkil olunub. "Misli" Azərbaycan Voleybol Federasiyasının keçirdiyi digər yarışların da dəstəkçisidir.