EN

Düşünəcək biri varsa, o da Rusiyadır - Natiq Miri

Yazını böyüt
Yazını kiçilt

“Rusiyanın bu cür davranışı hədsiz imperiya təfəkkürünə məxsus bir dövlət olduğunu ortaya qoyur. Baxmayaraq ki, hər zaman qlobal güc olan ABŞ-dən bərabərhüquqlu münasibətlər yaratmadığı ilə bağlı şikayət edir, ancaq Rusiya özündən kiçik dövlətlərlə də eynən ABŞ-nin davrandığı kimi davranır. Üstəlik, 2022-ci ildə qarşılıqlı fəaliyyət, müttəfiqlik sənədi imzalanıb. Rusiyanın tarixinə baxdıqda görürük ki, bu dövlətin geosiyasi maraqları tələb etdiyi təqdirdə hər zaman özünün “müttəfiqlərinə” xəyanət edib, satıb. Tarix belə hadisələrlə doludur. Son hadisələr bir daha Rusiyanın əsl üzünü göstərdi”.

Bunu hafta.az-a açıqlamasında politoloq Natiq Miri bildirib. O. qeyd edib ki, Rusiyanın davranışı göstərir ki, heç bir zaman müttəfiq ola bilməz.

Konkret Rusiya mediasında müəyyən dezinformasiya və həddini aşan yazılara gəlincə, N.Miri bildirib ki, bunlar hamısı Rusiyanı haqlı çıxarmaq üçündür. Əgər Rusiya haqlı çıxarsa, bu o deməkdir ki, Azərbaycanın tələbləri haqsızdır.

“Ancaq istintaq, “qara qutu”nun deşifrə olunması və Qazaxıstanın yaratdığı istintaq qrupunun ortalığa qoyduğu sənədlər Rusiyadan fərqli məsələləri ortaya qoyur. Yəni Rusiyanın qaçacaq bir yeri qalmayıb. Rusiya Azərbaycanı ittiham etməklə təzyiq edə biləcəyini düşünürsə, bu, yanlış bir siyasətdir. Çünki ən azından 44 günlük Vətən müharibəsi və ondan sonrakı proseslərdə də Azərbaycan göstərdi ki, heç də kənar qüvvələrin təzyiqi ilə hərəkət edəcək bir dövlət deyil. Əgər söhbət qarşılıqlı fəaliyyət və müttəfiqlikdən, yanaşmadan gedirsə, 44 günlük müharibənin sonuncu günü helekopterin vurulması və 1 günlük antiterror əməliyyatında xəbər edilmədən və içərisində kimlərin olduğu da bəlli olmayan bir hərbi maşının Azərbaycan ordusunun mövqelərinə ildırım sürətilə şığıması kontekstində baş verən hadisədən sonra Azərbaycan dövləti haqlı olmağına rəğmən Prezident səviyyəsində üzr istənildi. Bütün prosedurlar həyata keçirildi və təzminat ödənildi. Rusiya da eyni davranışı etməli idi. Amma bunun əvəzində qarayaxma, təzyiqlərlə məşğuldur”.

AZAL-ın mülki təyyarəsinin vurulmasından dərhal sonra Rusiya Prezidentinin Qazaxıstan prezidenti Tokayevə telefon açdığını xatırladan politoloq həmin vaxt müəyyən təzyiq və təkliflərin ortaya qoyulduğunu vurğuladı. Qeyd etdi ki, Qazaxıstan dövləti özünə yaraşan davranış göstərərək həqiqəti təkzib etmədi.

“Qazaxstan rəsmisinin son açıqlaması Rusiyanın dezinformasiyalarını, yalanını tamamilə ifşa etdi. Bundan dərhal sonra Rusiya istintaq qrupu məcburiyyət qarşısında birmənalı bəyan etdi ki, Azərbaycana məxsus AZAL-ın təyyarəsi Rusiyaya məxsus havadanmüdafiə sistemi ilə vurulub. Eyni zamanda, təyyarə idarəetməni ona görə itirib ki, radioelektron cihazı işə salınıb. Hansı ki, Qroznı hava məkanının bağlılığı ilə əlaqədar nəinki Azərbaycan tərəfi, heç bir tərəf xəbərdarlıq almamışdı. Yəni təyyarə qəzasının səbəbkarı Rusiyadır. Hadisədən üç gün sonra Azərbaycan Prezidenti bunları açıq şəkildə ona görə bəyan etdi ki, hər kəs buna görə davransın. Yoxsa Rusiya bir nüvə ölkəsi olduğu üçün hesab edirdi ki, Azərbaycan Rusiyanın siyasi maraqlarına görə davranmalıdır? Ancaq bunun niyəsi bəlli deyil. Azərbaycan Rusiyanın bir əyaləti deyil”.

N.Miri bildirib ki, Rusiya hər bir halda istintaqın nəticələrinə uyğun davranmaq məcburiyyəti ilə üzləşib. Onun sözlərinə görə, Rusiya bunun əksini iddia edərsə, anti-Azərbaycan siyasətinə davam edərsə, haqqımız var ki, bu məsələni beynəlxalq instansiyalara qaldıraq.

“Bu məsələdə ABŞ, İngiltərə və digər qlobal güclər maraqlı tərəfdir ki, Rusiyanı növbəti ittiham obyektinə çevirməklə beynəlxalq təzyiqləri artırsınlar. Əks təqdirdə Rusiya birinci bununla üzləşəcək. Digər tərəfdən, Azərbaycan-Rusiya münasibətlərinə çox ciddi zərər dəyəcək. Çünki Rusiyanı artıq cırtdan Ermənistan da birmənalı olaraq təkzib edir, gələn heç bir göstəriş yerinə yetirilmir. Eyni zamanda, Gürcüstanda ciddi bir qeyri-müəyyənlik var. Regionun ən strateji və güclü ölkəsi Azərbaycan da Rusiya ilə münasibətləri pozarsa, görək Kremli Cənubi Qafqazda kim saxlayacaq. Ona görə də düşünəcək biri varsa, bu da Rusiyadır”.

Chosen
22
50
hafta.az

10Sources