Bakı. Trend:
MDB ölkələrinin lll Oyunlarının keçirilməsi ilə bağlı Yevlaxrayonunda müvafiq işlər start götürüb.
Trend-in əldəetdiyi məlumata görə, rayonda sözügedən tədbirin keçirilməsi iləbağlı Olimpiya İdman Kompleksinin ərazi daxili drenaj şəbəkəsinintikinti-quraşdırma işləri aparılacaq.
Məlumata görə, artıq bununla bağlı Gənclər və İdman Nazirliyirayonda qeyd olunan işlərin həyata keçirilməsini “Hovers Group”Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqaviləbağlayıb. Müqaviləyə əsasən, şirkətə 186,6 min manat ödənilib.
Qeyd edək ki, bu il Azərbaycan MDB ölkələrinin lll Oyunlarınınkeçirilməsinə ev sahibliyi edəcək. Bunun üçün 14 şəhər seçilib vəəsas oyunlar Gəncə şəhərində keçiriləcək. Gəncə şəhəri MDBOyunlarının mərkəzi olacaq. Üçüncü MDB Oyunlarında 7 min idmançınıniştirakı gözlənilir.
Müstəqil Dövlətlər Birliyi ölkələrinin idman yarışları ilk dəfə2021-ci ildə Rusiyanın Kazan şəhərində keçirilib. İkinci oyunlar2023-cü ildə Belarusun paytaxtı Minskdə olub. Minskdə keçirilənoyunlara MDB ölkələrindən başqa İran, Misir, Vyetnam, Monqolustan,Kuba idmançıarı da qatılıb.