Rusiya və Ukrayna arasında danışıqlar açıq şəkildə aparılmayacaq...
Poliqon xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio ABC telekanalında bildirib.
Rubio praqmatizmə qayıtmağa və bu hərbi münaqişənin həlli üçün bütün diplomatik səylərdən istifadə etməyə çağırıb.
“Müharibə bitməlidir və biz bunun sabit, davamlı olması üçün mümkün olan hər şeyi edəcəyik”, o, deyib.
Öz növbəsində ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə təmaslarının tezliklə baş tutacağına ümid etdiyini bildirib. Hazırda Ağ Ev Kiyevə silah tədarükü məsələsini öyrənir.
Tramp həmçinin bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski ona sülh istədiyini çox ciddi deyib.
Poliqon.info