Türkiyənin Bolu vilayətindəki Kartalkaya xizək kurortundakı oteldə baş verən yanğınla bağlı saxlanılanların sayı 12-yə çatıb. Manset.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb. Xatırladaq ki, oteldə yanğın yanvarın 21-də gecə baş verib. Hadisə zamanı müəssisədə ümumilikdə 238 qonaq olub. Hadisə nəticəsində 78 nəfər ölüb, 50-yə yaxın insan xəsarət alıb. Yanvarın 22-də ölkədə matəm elan edilib.