Hücumçu Endrikin "Real Madrid"də qalıb-qalmayacağına aydınlıq gəlib
Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Fabritsio Romano özünün "X" sosial şəbəkə hesabı üzərindən paylaşaraq yayıb.
Mənbənin məlumatına görə, az şans qazanan 18 yaşlı braziliyalının icarəyə getmək variantı müzakirə olunsa da, yekun nəticədə Madrid klubu gənc futbolçunun yanvarda komandadan ayrılmamasına, Karlo Ançelottinin rəhbərliyi altında inkişaf etməsinə qərar verib.
Endrik keçən yay "Real Madrid"ə keçib. O, 19 matçda cəmi 315 dəqiqə meydanda olub və bu müddətdə 4 qol vurub, 1 məhsuldar ötürmə edib.
Mirağa