RU

NATO yenilənir?

Trampın siyasi kursu Avropanı öz təhlükəsizliyinə diqqət yetirməyə məcbur edir

ABŞ-da Donald Trampın hakimiyyətə gəlişi Avropanın təlükəsizlik məsələsini yenidən gündəmə gətirib. Belə ki, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrü Ali Nümayindəsi Kaya Kalas Aİ-nin gələcək təhlükəsizliyinin təmin olunması üçün üzv ölkələrə müdafiə xərclərini artırmağa çağırıb.  “France24” televiziya kanalanın məlumatına görə, K. Kalas bildirib ki, Aİ-nin təhlükəsizliyinin möhkəmlənməsi istiqamətində ciddi addımların atılmasına ehtiyac var.

“Avropa İttifaqı (Aİ) ABŞ prezidenti Donald Trampın dediklərinə riayət olunmalı, müdafiə xərclərinin artırılması üçün tədbirlər görülməlidir”, - deyə K.Kalas vurğulayıb. O bildirib ki,  Aİ artıq öz təhlükəsizlik arxitekturasını formalaşdırmalı  və üzv ölkələr bu məsələdə məsuliyyətli olmalıdır. “Rəsmi Vaşinqtonun bəyanatları kifayət qədər aydındır. Biz Avropanın təhlükəsizliyi üzrə məsuliyyəti üzərimizə götürməli və təhlükəsizliyimizi gücləndirmək istiqamətində təsirli tədbirlər görməliyik”, deyən Aİ nümayəndəsi Ukraynaya hərbi-maliyyə dəstəyinin artırılmasının və müdafiə-təhlükəsizlik sahəsində birgə əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

ABŞ-ın müdafiə çətiri altında...

K.Kalasın fikirlərindən belə görünür ki, son dövrlərə qədər NATO-nun maliyyələşməsində o qədər də ciddi rol oynamayan Aİ indi müdafiə xərclərini atırmağa həm də məcburdur. Təbii ki,   rəsmi Brüssel bu qərara Donald Trampın Avropanın təhlükəsizliyinə biganə münasibət sərgiləcəyindən ehtiyatlanaraq gəlib.  Çünki Aİ-nin ABŞ-ın dəstəyi olmadan öz təhlükəsizliyini təmin etmək iqtidarında olub-olmaması sual altındadır. Qeyd edək ki, İkinci Dünya müharibəsindən indiyə qədər ABŞ Avropanın təhlükəsizliyinin təminatında çox mühüm rol oynayıb - daha doğrusu, Avropanın təhlükəsizlik konsepsiyasının tərtib olunmasında Vaşinqtonun rolu danılmazdır. Soyuq müharibə dövründə ABŞ Qərbi Avropanın təhlükəsizliyinə təminat verib - SSRİ-nin təhlükələrindən qoruyub və bu regionda öz hərbi bazalarını yaradıb.  Soyuq müharibə bitdikdən sonra qısa müddət ərzində ABŞ-ın təşəbbüsü ilə vaxtilə SSRİ-nin hərbi-təhlükəsizlik layihəsi - Varşava Müqavilə Təşkilatına daxil olan Şərqi Avropa ölkələri ABŞ-ın təşəbbüsü ilə NATO-ya daxil oldular - beləliklə, Avropanın vahid təhlükəsizlik arealı geniş vüsət aldı. Son otuz il ərzində ABŞ-ın maliyyə və hərbi-texniki dəstəyi sahəsində Avropanın təhlükəsizliyi daha da möhkəmlənib və beynəlxalq təhlükələrə qarşı mübarizədə ABŞ -la birgə əməkdaşlıq edib.

Yeni dövrdə siyasi kurs...

İlk növbədə onu vurğulayaq ki, NATO-nun maliyyələşməsinin əsas yükü ABŞ-ın üzərindədir. Vaşinqton ÜDM-in 5 faizini, Avropa İttifaqının üzv ölkələri isə ÜDM-in 2 faizini NATO-nun maliyyələşməsinə ayırır. Bu isə Donald Tramp tərəfindən məqbul hesab olunmur. Tramp Aİ-dən bu miqdarın artırılmasını tələb edir. Halbuki, Almaniyadan başqa, heç bir Aİ ölkəsi miqdarı ÜDM-in 5 faizinə qədər artırmaq imkanlarına malik deyillər - onların büdcələri buna imkan vermir. Yalnız Almaniya bunun öhdəsindən gəlmək iqtidarında ola bilər - artıq Berlinin NATO-nun maliyyələşməsinə ayırdığı vəsait 100 milyona yaxınlaşmaq üzrədir.

Xarici mətbuatın yazdığına görə, NATO artıq özünün çox məxfi müdafiə sənayesi obyektlərinin bəzilərinin təhvil verilməsi prosesinə başlayıb. NATO şirkətləri istehsal potensialının genişləndirilməsi zərurətinə inandırmaq üçün etibarlı şəkildə yayıla bilən formada bəzi ümumi məqsədləri ifadə etmək üçün yol axtarır. Mənbələr bildiriblər ki, tədbirlər müttəfiqlər arasında razılıq tələb edəcək və yaxın bir neçə ay ərzində baş verə bilər. Həmçinin qeyd ediblər ki, ayrı bir prosesdə koalisiya bəzi məxfi standartların NATO-nun 32 üzvünün doqquzundan başqa hamısını da əhatə edən Avropa Birliyi ilə bölüşdürülməsi prosesinə də başlayıb. Məlumatın həssaslığını nəzərə alaraq, NATO onlarla əməkdaşlıq etdikcə və standartlara yenidən baxıldığında, onlar tədricən yayımlanacaq.

NATO sözçüsü bildirib ki, Alyans ən son müdafiə texnologiyalarında standartlarını, o cümlədən Avropa İttifaqı ilə bölüşmək üçün addımlar atıb. O, həmçinin sənaye ilə daha sıx əməkdaşlıq edir, sözçü bildirib. NATO bu yaxınlarda Avropa İttifaqına təsnif edilməmiş material standartlarını təhvil verdi, Aİ-nin müdafiə komissarı Andrius Kubilius bunu görünməmiş etimad nümayişi adlandırıb.

ABŞ-ın prioritetləri fərqlidir...

Göründüyü kimi, NATO daxilində islahatlara və maliyyə yenilənməsinə ehtiyac yaranıb. ABŞ-ın yeni prezidenti Avropanın təhlükəsizlik strategiyasını NATO-nun deyil, birbaşa ABŞ-ın maraqları baxımından dəyərləndirir. Tramp hesab edir ki, ABŞ-ın hər il ərzində NATO-ya ayırdığı maliyyəni öz təhlükəsizliyinə yatırsa daha məqsədəuyğun olar. Belə demək mümkünsə, Tramp administrasiyasının gələcək xarici siyasətində Avropa prioritet olmayacaq.  Avropanın öz təhlükəsizliyini təmin etmək iqtidarında olub-olmaması məsələsinə gəlincə, bu, həm də Avropa ölkələrinin özlərinin davranışlarından asılıdır. Avropa ölkələri müdafiə xərclərini lazımi səviyyədə artırarlarsa,  o cümlədən hərbi-təhlükəsizlik siyasətində ciddi dəyişikliklər həyata keçirərlərsə - bu məsələlərdə vahid mövqedən çıxış edərlərsə nailiyyət əldə etmələri mümkündür.

Yunis Abdullayev

Избранный
20
50
yeniazerbaycan.com

10Источники