“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo ötən yay İstanbul komandasını çalışdırmaq qərarına niyə gəldiyini açıqlayıb.
Arena.az “Corriere dello Sport” dərgisinə istinadən, portuqal mütəxəsssin bu barədə fikrini təqdim edir:
“Çünki mən futbolu sevirəm və işimi də sevirəm. Mükəmməl fürsət, mükəmməl yer və xüsusilə yaradıcı məzuniyyət götürməmək üçün təkrar-təkrar gözləyib intizarda qalmaq istəmirəm. Bilirəm ki, bu, çoxlarının xoşuna gəlir, ən azından, bizə belə deyirlər. Məni çox istəyən və ilk gündən bunu göstərmiş kluba “hə” dedim”, deyə “Mour” qərarını əsaslandırıb.
61 yaşlı Joze Mourinyo cari ilin iyul ayında “Fənərbaxça”nın sükanı arxasına keçib. Portuqal mütəxəssis İstanbul klubu ilə müddəti 2026-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. “Fənər” “Mour”un qarşısında nə az, nə çox – klubun iddialarını gerçəkləşdirmək tapşırığını qoyub.
Bu müddətdə portuqal mütəxəssis “Fənərbaxça”nı 26 oyuna çıxarıb, 16 qələbə, 6 heç-heçə, 5 məğlubiyət yaşayıb. “Fənər”in top fərqi isə 55:31 nisbətindədir.
Hazırda “Mour”un “Fənər”i Türkiyə Super Liqasının yarış cədəvlində 16 oyundan 36 xalla 2-ci pillədə qərarlaşıb. “Fənərbxça” 44 xal toplamış lider “Qalatasaray”dan geri qalsa da, “Mour” çempionluq iddiasını sürdürür.
Joze Mourinyo “Fənərbaxça”dan öncə İtaliyada “Roma”nı çalışdırıb. Portuqal mütəxəssis karyerası ərzində “Benfika”, “Unian Leyriya”, “Portu”, “Çelsi”, “İnter”, “Real”, “Mançester Yunayted” və “Tottenhem”i çalışdırıb. “Mour” sükanı arxasında olduğu komandalarla həmişə uğura nail olmağı bacarıb. Portuqal mütəxəssisin çalışdırdığı kollektivləri səciyyələndirən cəhət, hətta qənimət qazanmasalar belə, oyun keyfiyyəti baxımından tərəqqiyə nail olmaqları olub ki, bu da Joze Mourinyonun futbol dünyasının ən nüfuzlu mütəxəssislərindən biri olaraq qəbul edilməsini şərtləndirir.