AZ

Səudiyyə Ərəbistanının Energetika Nazirliyi: Azərbaycan hidrogen istehsalı və ixracında ideal tərəfdaşdır

Güclü enerji infrastrukturu və əhəmiyyətli enerji resurslarına malik olan Azərbaycan hidrogen istehsalı və nəqli sahəsində Səudiyyə Ərəbistanı üçün ideal tərəfdaşdır.

Bu barədə “Report”a Səudiyyə Ərəbistanının Energetika Nazirliyindən bildirilib.

"Səudiyyə Ərəbistanı və Azərbaycan hidrogen enerji mənbələri sahəsində, xüsusilə təmiz hidrogenin işlənməsi sahəsində əməkdaşlıq üçün böyük potensiala malikdir. Səudiyyə Ərəbistanı artıq dünyanın ən böyük ekoloji təmiz hidrogen istehsalı zavodu da daxil olmaqla bir neçə pilot layihə həyata keçirməklə hidrogen istehsalında liderdir. Azərbaycan isə güclü enerji infrastrukturu və zəngin enerji resursları ilə hidrogen istehsalı və nəqli üçün ideal tərəfdaşdır", - qurumdan bildiriblər.
Nazirlik xatırladıb ki, “ACWA Power” və SOCAR ekoloji təmiz hidrogen yanacağı mənbələrinin istehsalının inkişafı ilə bağlı layihələr çərçivəsində əməkdaşlıq qurub.
"Biz birlikdə bərpa olunan mənbələrdən hidrogen istehsalı sahəsində bilik və texnologiyaları bölüşə, həmçinin həm daxili istifadə, həm də beynəlxalq ixrac üçün etibarlı hidrogen təchizatı zənciri yarada bilərik. Bu tərəfdaşlıq hər iki ölkənin enerjiyə keçid strategiyalarında aparıcı rol oynaya bilər", - Səudiyyə Ərəbistanının Energetika Nazirliyindən əlavə ediblər.

Seçilən
8
30
far.az

10Mənbələr