AZ

Bu gün Səudiyyə Ərəbistanı kralının taxta çıxmasından 10 il ötür

Yazını böyüt
Yazını kiçilt

Bu gün – yanvarın 23-də Səudiyyə Əərəbistanı kralı Salman Bin Əbdüləzizin taxt-taca çıxmasının 10-cu ildönümüdür. Məhz Kral Salmanın dövründə ölkədə hər sahədə islahatlar başlayıb, insanların rifahı daha da yüksəlib, Krallıq qlobal iqtisadi-siyasi-hərbi müstəvilərdə daha keçərli söz sahibi olmağı bacarıb və dövlət qarşıya 2030-cu ilədək icra edəcəyi heyrətamiz hədəfini elan edib.

Hafta.az-ın yazdığına görə, son 10 ildə Səudiyyə Ərəbistanı yeni və effektiv qaydalar tətbiq edib, meqa layihələr həyata keçirib, tərəfdaşlıqlar qurub və balanslaşdırılmış beynəlxalq əlaqələr yaradıb.

Bu dövrdə Kral Salman yerli, regional və beynəlxalq miqyasda həyatın bütün sahələrinə və tendensiyalarına təsir edən, təqdir və heyranlıq qazanan, Səudiyyə Ərəbistanını səhnədə nüfuzlu oyunçuya çevirən böyük bir intibah dövrünə rəhbərlik edib. Onun hakimiyyəti dövrü Səudiyyə Ərəbistanındakı inkişaf prosesinin üzləşdiyi çətinliklər və problemlərin aradan qaldırılması, hökumət bürokratiyasının ləğvi, Səudiyyə qadınlarının səlahiyyətlərinin artırılması, gender bərabərliyi, məhkəmə sistemi, ədalət, insan hüquqları ,evlilik və boşanma sahəsində çox vacib qanun-qaydaların yaradılması ilə müşayiət olunub.

Ölkəsi üçün milli hədəfə öndərlik edən və bu hədəfin məqsədlərinə çatmaqda atası Kral Salmanı dəstəkləyən vəliəhd Məhəmməd bin Salman Krallığın dəyişmə və inkişaf yoluna davam etmək üçün inamla irəlilədiyini bildirib. Vəliəhd qeyd edib ki, ölkəsi modernləşmə və şaxələndirməyə doğru irəliləməklə yanaşı, həm də öz şəxsiyyətini və dəyərlərini qoruyub saxlayır.

Kral Salmanın xarizmasına görə hökmdar doğulduğunu, gənc yaşlarından siyasətə girərək kral olduğunu söyləyə bilərik. 48 il Ər-Riyad valisi vəzifəsində çalışdıqdan sonra Kral Salman müasir məsələlər və hökumət müstəvisində şəffaflıq haqqında bilikləri ilə Səudiyyə Ərəbistanının tərəqqisinin lideri olub.

Bir az da kral Salmanın avtobioqrafiyasına nəzər salaq:

Kral Salman 31 dekabr 1935-ci ildə Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində anadan olub. Atası ölkənin ilk hökmdarı Əbdüləziz bin Əbdürrəhman, anası isə Həssa bint Əhməddir.

Kral Salman kral uşaqlarına təhsil verən Şahzadə Məktəbində təhsil alıb.

Salman bin Əbdüləziz əs-Səudun siyasi təcrübəsi və yüksəlişi 1950-ci illərə təsadüf edir. Səudiyyə Ərəbistanı Ailə Şurasının sədri oldu. Bundan əlavə, mühüm dövlət xidməti həyata keçirir, Ər-Riyadın valisi vəzifəsini üzərinə götürür. Onun ən uzun vəzifə müddəti Ər-Riyad vilayətinin valisi olduğu 48 illik dövrdür. Daha sonra o, bu vəzifəni tərk edərək 5 noyabr 2011-ci ildə müdafiə naziri oldu. 2012-ci ilin iyununda qardaşı və kralın seçdiyi vəliəhd Nayef bin Əbdüləziz əs-Səud vəfat edəndə vəliəhd titulu ona verilib. O, böyük qardaşı Kral Abdullahın ölümündən sonra Səudiyyə Ərəbistanının yeni kralı olub. O, taxta çıxdıqdan sonra 30 yaşlarında olan oğlu şahzadə Məhəmmədi müdafiə naziri təyin edib. Kral Salman 23 yanvar 2015-ci ildən idarə etdiyi baş nazir postunu 27 sentyabr 2022-ci ildə vəliəhd şahzadə Məhəmməd bin Salmana təhvil verib.

Onun kral kimi əsas qərarları arasında Səudiyyə Ərəbistanının Yəməndə vətəndaş müharibəsinin qarşısını almaq məqsədilə bu ölkəyə müdaxilə, Səudiyyə Ərəbistanının 2030-cu ilə dair hədəfi mütləq qeyd etmək lazımdır. Kral Salman həm də iqtidarı dövründə Səudiyyə qadınlarına bir çox geniş səlahiyyətlər verməsi ilə diqqəti çəkir.

Seçilən
9
50
hafta.az

10Mənbələr