AZ

"TotalEnergies"in baş direktoru Avropanın enerji siyasətinin inteqrasiyasına çağırıb

Bakı. Trend:

Avropanın energetika və sənaye sektorunda rəqabət qabiliyyətininartırılması üçün avrointeqrasiyaya ehtiyac var.

Trend xəbər verirki, bunu “Total Energies” şirkətinin baş icraçı direktoru PatrikPuyanne Davosda keçirilən Dünya İqtisadi Forumunun “Avropanıngücünü necə nümayiş etdirək?” şüarlı sessiyasında çıxışı zamanıbildirib.

“Kapitalın artırılması üçün energetika, rəqəmsal texnologiyalarvə maliyyə kimi sahələrdə birliyə ehtiyac var”,- deyə o qeydedib.

“Ukraynadakı müharibədən sonra mən öz fəaliyyətimi 2022-ci ildəAvropaya qaz tədarükünə həsr etmiş, təbii qazın mayeləşdirilməsi vəfasiləsiz tədarükün təmin olunması üzrə yeni üzən qurğularınyaradılması üçün məndən asılı olan bütün imkanları səfərbəretmişəm. Bizə istehlakçıları qorumaq və səmərəliliyi artırmaq üçünAvropa liderləri lazımdır," – deyə Puyanne vurğulayıb.

O, Avropanın enerji sektorunun əsas problemini – üzv ölkələrinsiyasətlərində inteqrasiyanın olmamasını qeyd edib.

“Biz hamımız Avropanın iqlimlə bağlı siyasəti ilə razıyıq, lakinenerji sahəsi milli səviyyədə parçalanmış vəziyyətdə qalmaqdadır .Enerji siyasətini inteqrasiya etmədən vahid iqlim gündəminipraqmatik şəkildə həyata keçirmək mümkün deyil", – deyə obildirib.

O, bərpaolunan enerji mənbələrindən nümunələr gətirərək, enerjiinvestisiyalarının daha yaxşı əlaqələndirilməsinə çağırıb:

"Günəş elektrik stansiyaları İspaniyada, külək elektrikstansiyaları isə Almaniyanın şimalında olmalıdır. Bununla belə, bugün hər bir ölkənin öz gündəmi var, bu isə kapitalın optimalbölgüsünü və rəqabət qabiliyyətinin bərpasını çətinləşdirir".

Avropanın “yaşıl” iqtisadiyyata keçidi məsələsinə də toxunanPuyanne, “Total Energies”in mühüm dəyişikliklərə can atdığınıdiqqətə çatdırıb.

“Mən öz investisiyalarımın 30% bərpaoluna bilən enerji vəelektrik enerjisinə sərf edirəm. 2025-ci ilə qədər istehsaletdiyimiz enerjinin 10%-ni “yaşıl” elektrik enerjisi təşkil edəcək– beş il əvvəl bunun belə olacağını heç təsəvvürümüzə beləgətirmirdik.

Ekoloji proqram Avropa sənayesini qorumalıdır. Biz sənayeninrəqabət qabiliyyəti ilə ekoloji hədəfləri bir-biriləəlaqələndirməliyik”,- deyə Puyanne bildirib.

Seçilən
2
47
az.trend.az

10Mənbələr