Olaylar.az xəbər verir ki, bununla yanaşı, Şimali Amerikanın ən yüksək zirvəsi olan Denali dağının yenidən əvvəlki adı - Mak-Kinli dağı adını daşıyacağı bildirilib.
Nazirlikdən verilən açıqlamada bu qərarın ABŞ-nin tarixi irsini qorumaq və gələcək nəsillərin ölkənin qəhrəmanlarını və tarixi dəyərlərini ehtiramla yad etməsini təmin etmək məqsədi daşıdığı qeyd olunub.
ABŞ Coğrafi Adlar Şurası yeni ad dəyişikliyini rəsmiləşdirmək üçün federal nizamnamələri yeniləməyə başladığını və dəyişikliklərin dərhal qüvvəyə mindiyini açıqlayıb.
Daxili İşlər Nazirliyi qeyd edib ki, Amerika Körfəzi, daha əvvəl tanındığı kimi Mexiko Körfəzi, ABŞ-nin tarixi və iqtisadiyyatı üçün böyük əhəmiyyət daşıyır. Bu körfəz, ABŞ sahil xətti boyunca 1700 mildən çox uzanaraq 160 milyon akr ərazini əhatə edir və ölkənin ticarəti, enerji istehsalı və dəniz sənayesi üçün mühüm əhəmiyyət kəsb edir.
Nazirlik həmçinin 1917-ci ildə ABŞ-nin 25-ci prezidenti Uilyam Mak-Kinlinin xatirəsini əbədiləşdirmək məqsədilə Şimali Amerikanın ən yüksək zirvəsinə onun adının verildiyini xatırladıb. Lakin 2015-ci ildə keçmiş prezident Barak Obamanın administrasiyası bu adı dəyişdirərək Denali adını bərpa edib. Nazirlik Tramp administrasiyasının bu qərarı "Mak-Kinlinin həyatına, uğurlarına və qurbanlarına qarşı hörmətsizlik" adlandıraraq, tarixi ədalətin bərpa edildiyini vurğulayıb.