AZ

Sualtı fiber optik kabel ZƏDƏLƏNDİ

Latviya və İsveç arasında Baltik dənizinin altında çəkilmiş sualtı fiber optik kabel, ehtimal ki, xarici təsirlər nəticəsində zədələnib.

Publika.az xəbər verir ki, bu barədə Latviyanın LSM portalı kabelin sahibi - Latviya Dövlət Radio və Televiziya Mərkəzi şirkətinə istinadla məlumat yayıb.

Yanvarın 26-da səhər saatlarında şirkətin monitorinq sistemləri Ventspils (Latviya) və Gotland (İsveç) arasındakı ərazidə məlumatların ötürülməsində problemlər aşkarlayıb .

"Hazırda kabelin əhəmiyyətli dərəcədə zədələndiyini və zərərin xarici təsirlərdən qaynaqlandığını düşünməyə əsas var", - şirkətin kommunikasiyalar şöbəsinin rəhbəri Vineta Spruhaine deyib.

Seçilən
13
6
publika.az

10Mənbələr