La-Manş kanalının adı ABŞ-ın ilk prezidenti Corc Vaşinqtonun şərəfinə dəyişdirilə bilər.
SeherXeber.org Qaynarinfo-ya istinadla xəbər verir ki, bu barədə amerikalı sahibkar İlon Mask X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
"İngiltərə və Fransanı ayıran boğaz üçün yeni ad", deyə o, Corc Vaşinqton Kanalı adlandırdığı La Manşın şəklini paylaşaraq yazıb.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Las-Veqasda tərəfdarları qarşısında çıxışı zamanı demişdi ki, Meksika hakimiyyəti Meksika körfəzinin adının dəyişdirilməsindən heyrətlənir.
Siyasətçi xatırladıb ki, bundan sonra okeanın bu hissəsi Amerika Körfəzi adlanacaq.
Yanvarın 21-də dövlət başçısı Meksika körfəzinin adının rəsmi olaraq Amerika körfəzi, Şimali Amerikanın ən hündür dağı Denali isə MakKinli dağı adlandırılması prosedurunun başlanması haqqında fərman imzalayıb. Sənədə əsasən, ölkənin təbii sərvətlərini idarə edən ABŞ Daxili İşlər Nazirliyinin rəhbəri 30 gün ərzində ad dəyişikliyi ilə bağlı bütün rəsmiləşdirmələri həll etməlidir. Bundan sonra agentlik rəsmi Coğrafi Adlar Sistemində (GNIS) dəyişikliklər edəcək.