AZ

Sualtı fiber optik kabel ZƏDƏLƏNDİ - İki ölkədə problem yaşanır

Latviya və İsveç arasında Baltik dənizinin altında çəkilmiş sualtı fiber optik kabel, ehtimal ki, xarici təsirlər nəticəsində zədələnib.

QAZİLER.AZ  Publika.az-a istinadən xəbər verir ki, bu barədə Latviyanın LSM portalı kabelin sahibi - Latviya Dövlət Radio və Televiziya Mərkəzi şirkətinə istinadla məlumat yayıb.

Yanvarın 26-da səhər saatlarında şirkətin monitorinq sistemləri Ventspils (Latviya) və Gotland (İsveç) arasındakı ərazidə məlumatların ötürülməsində problemlər aşkarlayıb .

"Hazırda kabelin əhəmiyyətli dərəcədə zədələndiyini və zərərin xarici təsirlərdən qaynaqlandığını düşünməyə əsas var", - şirkətin kommunikasiyalar şöbəsinin rəhbəri Vineta Spruhaine deyib.

Latviyanın baş naziri Evika Silina insidentlə bağlı məsul xidmət və nazirliklərin iştirakı ilə müşavirə çağırıldığını bildirib.

 

 

Seçilən
3
6
qaziler.az

10Mənbələr