AZ

İlon Maskdan La-Manş kanalı ilə bağlı təklif

La-Manş kanalının adı ABŞ-ın ilk prezidenti Corc Vaşinqtonun şərəfinə dəyişdirilə bilər. 

Demokratikmusavat.comQaynarinfo-ya istinadla xəbər verir ki, bu barədə amerikalı sahibkar İlon Mask X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

"İngiltərə və Fransanı ayıran boğaz üçün yeni ad", deyə o, Corc Vaşinqton Kanalı adlandırdığı La Manşın şəklini paylaşaraq yazıb.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Las-Veqasda tərəfdarları qarşısında çıxışı zamanı demişdi ki, Meksika hakimiyyəti Meksika körfəzinin adının dəyişdirilməsindən heyrətlənir.

Siyasətçi xatırladıb ki, bundan sonra okeanın bu hissəsi Amerika Körfəzi adlanacaq.

Yanvarın 21-də dövlət başçısı Meksika körfəzinin adının rəsmi olaraq Amerika körfəzi, Şimali Amerikanın ən hündür dağı Denali isə MakKinli dağı adlandırılması prosedurunun başlanması haqqında fərman imzalayıb. Sənədə əsasən, ölkənin təbii sərvətlərini idarə edən ABŞ Daxili İşlər Nazirliyinin rəhbəri 30 gün ərzində ad dəyişikliyi ilə bağlı bütün rəsmiləşdirmələri həll etməlidir. Bundan sonra agentlik rəsmi Coğrafi Adlar Sistemində (GNIS) dəyişikliklər edəcək.
 

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
6
15
Demokratikmusavat.com

10Mənbələr