“Çelsi” rəhbərliyi, Roman Abramoviçin gizli ödənişlərinə görə cərimələrlə bağlı İngiltərə Premyer Liqası ilə danışıqlar aparır.
Arena.az bu barədə “The Times” nəşrinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, “Çelsi” Roman Abramoviçin kluba sahib olduğu dövrdə edilmiş transferlərlə bağlı məxfi ödənişlərin maliyyələşdirilməsini razılaşdırmaq üçün İngiltərə Premyer Liqası ilə danışıqlar aparır.
Mətbuatda yayılmış xəbərlərə görə, klub idman məsuliyyəti yerinə maddi məsuliyyət daşımaq, yəni İngiltərə Premyer Liqasının yarış cədvəlində xal itirməkdənsə, cərimə ödəmək üçün çarə tapmağa çalışır.
Daha əvvəl məlum olub ki, İngiltərə Premyer Liqası Roman Abramoviçin prezident olduğu dövrdə “zadəganlar”ın maliyyə fırıldaqlarına görə “Çelsi”ni İngiltərə Premyer Liqasının yarış cədvəlində xallarından məhrum edə bilər. Abramoviçin vaxtında klub belçikalı keçmiş futbolçu Eden Hazardın agentinə, italyan mütəxəssis Antonio Kontenin köməkçisinə, braziliyalı futbolçu Villian və kamerunlu keçmiş futboçu Samuel Eto’Onun nümayəndələrinə gizli ödənişlər edib.
London təmsilçisi İngiltərə Premyer Liqasının cari mövsümündə qeyri-sabiq çıxışı ilə diqqət mərkəzindədir. “Zadəganlar” 21 oyuna 10 qələbə qazanıb, 7 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb.
Top fərqi isə belədir – 41:26. Komanda 37 xalla Premyer Liqanın yarış cədvəlində 5-ci sırada qərarlaşıb.