AZ

Qvardiola “İpsviç Taun” üzərində darmadağını şərh etdi

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının 22-ci turunun “İpsviç Taun”la səfər oyununu (6:0) şərh edib.

Arena.az “Mançester Siti”nin mətbuat xidmətinə istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Hər şey həqiqətən yaxşı idi. Biz çox aqressiv idik və topla daha sürətli, qəbul etməli olduğumuz qərarlarda isə daha müdrik idik. Bu gün ən vacib xüsus, məlum səbəblərə görə nəticədir, həmçinin onların, bizim nədən ibarət olduğumuzu başa düşmələridir.

Biz rəqabət apara biləcəyimizi və sevdiyimiz işi görməkdən həzz alan bir komanda ola biləcəyimizi başa düşdük. Mən ümidvaram ki, futbolçularım da bunu hiss edirlər. Son vaxtlar əskik xüsuslardan çox danışırıq. Xüsusən də bir çox oyunçumuz yox idi.

Komandada Ruben (Diaş) çox önəmlidir. Fil (Foden) ilk iki və ya üç ayı burada deyildi. Hər gün gülümsəyəndə hər oyuna iki-üç qol vurur. Kevin keçən mövsüm yox idi, amma indi o, Kevin kimi müstəsna oyunçu olduğunu bildiyimiz səviyyədə oynayır. Addım-addım, ümidvaram ki, daha çox oyunçumuz geri qayıda bilər, biz daha da sabit ola bilərik və daha da mütəmadi surətdə müvafiq nəticələr göstərə bilərik, çünki bu mövsümə qədər bunu etməmişik”, deyə Qvardiola bildirib.

Cari mövsümdə keçirdiyi 22 oyunda 38 xal toplamış “Mançester Siti” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “İpsviç Taun” isə 16 xalla 18-ci pillədədir.

Premyer Liqaya 21 oyunda 50 xalı olan “Liverpul” başçılıq edir.

Seçilən
26
25
arena.az

10Mənbələr