AZ

Salman Trampa 600 milyard dollar vəd edib

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salman prezident Donald Trampa bildirib ki, ölkəsi gələcək dörd il ərzində ABŞ-la ticarətini və investisiyalarını 600 milyard dollara, hətta imkanlar yaranarsa, daha da artırmağa hazırdır.

Marja.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının SPA dövlət xəbər agentliyi məlumat yayıb. 

SPA bildirib ki, vəliəhd şahzadənin çərşənbə günü Amerika prezidenti ilə təbrik telefon danışığı olub.

Bin Salman telefon danışığında bildirib ki, krallıq yeni administrasiya tərəfindən nəzərdə tutulan islahatların yaratdığı tərəfdaşlıq və investisiya imkanlarını dəyərləndirməyə hazırdır ki, bu da “görünməmiş iqtisadi rifaha” gətirib çıxara bilər. 

Trampın ilk dövründən bəri isti münasibətləri olan iki lider, həmçinin Səudiyyə Ərəbistanı ilə ABŞ arasında Yaxın Şərqə sülh və sabitliyin gətirilməsi və terrorla mübarizə səylərində əməkdaşlığı müzakirə ediblər.

Seçilən
5
11
marja.az

10Mənbələr