Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ABŞ prezidenti Donald Trampla telefon danışığında ölkələr arasında investisiya və ticarəti ən azı 600 milyard dollar artıracağına söz verib.
Bizim.Media xəbər verir ki, bu informasiyanı Səudiyyə Ərəbistanın SPA xəbər agentliyi yayıb.
Xatırladaq ki, Tramp andiçmə mərasimindən sonra jurnalistlərə açıqlamasında zarafatla Səudiyyə Ərəbistanına ilk səfərinin 450 milyard dollarlıq sövdələşmə ilə başa çatdığını xatırladıb.
O, əlavə edib ki, bu dəfə məbləğin 500 milyard dollara yüksələcəyi təqdirdə yenidən Səudiyyə Ərəbistanına gedə bilər.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta