Səudiyyə Ərəbistanı dörd il ərzində ABŞ ilə ticarəti gücləndirməyi və investisiyaları artırmağı planlaşdırır.
APA xəbər verir ki, bu barədə “Saudi Press Agency” Səudiyyə Ərəbistanının vəliəhdi və baş naziri Məhəmməd bin Salman Əl Səud ilə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığına istinadən məlumat yayıb.
“Vəliəhd krallığın növbəti dörd il ərzində ABŞ ilə investisiya və ticarəti 600 milyard dollar həcmində genişləndirmək niyyətini təsdiqləyib”, - məlumatda deyilir.
Bundan əlavə, tərəflər Yaxın Şərqdə təhlükəsizlik və sabitlik, habelə terrorizmlə mübarizə sahəsində ölkələr arasında əməkdaşlığı müzakirə ediblər.