Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.
Publika.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı rəsmi xəbər agentliyi məlumat yayıb.
Şahzadə bin Salman danışıq zamanı Səudiyyə Krallığının qarşıdakı 4 il ərzində ABŞ-a 600 milyard dollar sərmayə qoymaq istədiyini bildirib.
O, həmçinin əlavə imkanlar yaranarsa, bu rəqəmi artıra biləcəyini də vurğulayıb.