ABŞ-ın yeni prezident Donald Trampın ilk səfər edəcəyi ölkə bəlli olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla telefonla danışıb.
Xatırladaq ki, Tramp yanvarın 20-də and içdikdən sonra ilk səfər edəcəyi ölkə haqqında belə demişdi: "Mənim xaricə ilk səfərim adətən İngiltərəyə olur, amma ötən prezidentliyim dövründə 450 milyard dollarlıq məhsulumuzu almağa razı olduqları üçün Səudiyyə Ərəbistanına getdim. Əgər Səudiyyə Ərəbistanı indi 450 və ya 500 milyard dollar sərmayə vədi verərsə, yenə ora səfər edərəm"
Lamiyə Əhmədli
MİA.AZ