Bakı, 23 yanvar, AZƏRTAC
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı iki ölkə arasında ticarət dövriyyəsinin artırılması üzərində çalışacağını vəd edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Səudiyyə Xəbər Agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, vəliəhd şahzadə krallığın ABŞ ilə investisiya və ticarəti növbəti dörd il ərzində 600 milyard dollar və potensial olaraq daha da artırmaq niyyətini təsdiqləyib.
Eyni zamanda, qeyd edilir ki, iki lider Yaxın Şərqdə sülh, sabitlik və təhlükəsizliyin təşviqi üçün əməkdaşlıq yollarını, həmçinin terrorizmlə mübarizədə ikitərəfli əməkdaşlığı müzakirə ediblər.