AZ

"DeepSeek" fırtınası: milyarderlərin əriyən sərvəti

Çinin süni intellekt sahəsində fəaliyyət göstərən "DeepSeek" adlı startapı ABŞ fond bazarına ciddi təsir göstərərək, bir çox tanınmış milyarderin sərvətini əhəmiyyətli dərəcədə azaldıb. Bu hadisədən ən çox zərər çəkənlərdən biri "Nvidia" şirkəti oldu. "Nvidia"nın səhmləri 17% dəyər itirərək, şirkətin bazar dəyərində rekord həddə, 589 milyard dollar məbləğində azalma baş verdi. Şirkətin baş direktoru və ən böyük fərdi səhmdarı Jensen Xuanq (Jensen Huang) şəxsi sərvətində 20,1 milyard dollar itirib.  

Valyuta.Az "Bloomberg"ə istinadla milyarderlərin itkilərini təqdim edir:

1. Lerri Ellison (Larry Ellison)
"Oracle" şirkətinin qurucusu və baş direktoru - 22,6 milyard dollar

2. Jensen Xuanq (Jensen Huang)
"Nvidia"nın qurucusu və baş direktoru - 20,1 milyard dollar

3. Maykl Dell (Michael Dell)
"Dell" şirkətinin qurucusu və baş direktoru - 13 milyard dollar

4. Çanpenq Çjao (Changpeng Zhao)
"Binance"in keçmiş baş direktoru və qurucusu - 12,1 milyard dollar

5. İlon Mask (Elon Musk)
"Tesla"nın baş direktoru - 6,7 milyard dollar

6. Lerri Peyc (Larry Page)
"Google"un qurucu ortağı - 6,4 milyard dollar

7. Sergey Brin (Sergey Brin) 
"Google"un qurucu ortağı - 6 milyard dollar

8. Andreas fon Beçtolsxaym (Andreas von Bechtolsheim)
"Google"un ilk investorlarından biri - 5,3 milyard dollar

9. Tomas Peterfi (Thomas Peterffy)
"Interactive Brokers" şirkətinin rəhbəri - 4,4 milyard dollar

10. Mayk Sabel (Mike Sabel)
"Venture Global LNG"nin baş direktoru, idarə heyətinin həmsədri və qurucusu - 4 milyard dollar

Bu hadisə texnologiya dünyasında böyük rezonans yaratdı və bazarlardakı həssaslığın süni intellekt sahəsindəki yeni inkişaflarla necə dəyişə biləcəyini nümayiş etdirdi.

Rəhim

Seçilən
15
44
valyuta.az

10Mənbələr