Bu addım İkinci Dünya müharibəsindən sonra formalaşmış beynəlxalq münasibətlər sistemi üçün nə dərəcədə düzgün və real görsənir?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, Donald Tramp bununla artıq bir neçə dəfə Kanada Qrenlandiya və Panama kanalı ilə bağlı fikirlərini səsləndirib:
“O bu niyyətində ciddi olduğunu nümayiş etdirməyə çalışır. Təbii ki, bu fikirlər həm onun Amerikanın NATO-dakı və Avropadakı müttəfiqləri tərəfindən narahatlıqla qarşılanır. Qrenlandiyanın əhalisi və onu təmsil edən hökumətin başçısı, digər rəsmi şəxslər onun satın alınmayacağını söyləyirlər. Kanada ilə bağlı məsələlərə gəldikdə Tramp bunun iqtisadi yollarla həll etmək niyyətində olduğunu gizlətmir. Panama kanalı ilə bağlı fikirlərini də ona əsaslandırır ki, Panama kanalı hazırda daha çox Çin tərəfindən istismar edilir”.
Politoloq onu da qeyd edib ki, Tramp Çin gəmilərinə daha çox güzəştlərin tətbiq olunmasından narazıdır:
“Amerika daha artıq tariflər ödəməklə bu kanaldan istifadə edir. Bunu da əsaslandırır ki, Panama kanalı təxminən 100 il öncə ABŞ tərəfindən tikilib istifadəyə verilib. Bu onun mülkiyyətidir. Təbii ki, Trampın bu fikirləri İkinci Dünya müharibəsindən sonra oturuşmuş dünya düzənini faktiki olaraq heçə saymaq və ona meydan oxumaq kimi qəbul olunmalıdır. Təbii ki, belə bəyanatlar Amerikanın maraqlarını hətta əsas götürərək səsləndirilsə də buna uyğun olsa da bu beynəlxalqq təhlükəsizlik sisteminin arxitekturasını dağıdan bir siyasətdir. Eyni zamanda Rusiya kimi dövlətlərə də müəyyən qədər dəstək verir. Doğrudan da ABŞ-ın bu addımı gerçəkləşərsə Rusiya da özünə bəraət qazandıraraq Ukrayna və digər postsovet ölkələrinə qarşı bu cür aqressiv və ilhaqcı siyasətini davam etdirməyə cəhd edər. Bu da keçmiş postsovet məkanı ilə Şərqi Avropa üçün ciddi təhdidlər deməkdir. Təbii ki, bu bəyanatlar Tramp hakimiyyətə gələnə qədər verilən bəyanatlardır. Bu bəyanatların arxasında əməli fəaliyyət dayanacaqmı,biz bunu gələcəkdə görəcəyik.Amma bütün hallarda belə bir davranışlar sərgilənəcəksə, biz artıq dünyada mövcud nizamın tamamilə dağıldlğının şahidi olacağıq. Bu da gələcək dünyamızı ciddi təhdidlər qarşısında qoyacaq deyə bilərik”.
Leyla
Demokrat.az
10Sources
-
demokrat.azPolitoloq: "Trampın bəyənatları gələcəyə optimist baxmağa imkan vermir" ( 15095247)
-
baki-xeber.comRusiya XİN Ukraynada müharibənin 100 günə bitəcəyinə inamı itirir... ( 15037301)
-
turkustan.azFransa: Zelenski Ukraynada sülh prosesini pozmağa çalışır ( 15037281)
-
az.trend.azTrampın açıqlamaları Avropanın qatı liberal ideologiyasına nöqtə qoyulduğunu göstərir – ŞƏRH ( 15034599)
-
azpolitika.info“Ukraynada bu il bir neçə aeroport açılacaq” - “Siyasi qərar veriləcək” ( 15032649)
-
baki-xeber.com“Trampın 2020-ci ildəki qələbəsi “oğurlanmasaydı” Ukraynada böhran baş verməzdi”- Putin ( 15024441)
-
turkustan.azDünyanin gözü Tramp-Putin görüşündə: Nəticələr necə olacaq? - POLİTOLOQ ŞƏRHİ ( 15020705)
-
reyting.azPutin Trampın son təhdidlərini siyasi oyunun bir hissəsi sayır ( 15020009)
-
sherg.azUkraynada müharibə üçün hər şeyi etdilər - Kobaxidze ( 15015601)
-
axar.azUkraynada müharibə üçün hər şeyi etdilər - Kobaxidze ( 15014941)