EN

ABŞ Dövlət Departamenti cinsin pasportlarda dəyişdirilməsi prosedurunu dayandırıb – ÖZƏL

ABŞ Dövlət Departamenti cinsin dəyişdirilməsi ilə bağlı pasport müraciətlərini dayandırıb. Həmçinin pasportlarda "cins" bölməsində "X" işarəsinin qeyd edilməsi də artıq mümkün deyil. 

Olaylar.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.

Məlumatda bildirilir ki, Dövlət Departamentinin əməkdaşlarına dövlət katibi Marko Rubio tərəfindən imzalanmış məktub göndərilib. Məktubda vurğulanır ki, ABŞ siyasətinə görə, vətəndaşın cinsi dəyişdirilə bilməz. Rubio, həmçinin, bütün rəsmi sənədlərdə "cins" sözünün işlədilməsini, "gender" terminindən imtina edilməsini tapşırıb.

Yanvarın 21-də ABŞ Prezidenti Donald Tramp insanın cinsinin dəyişməz və iki - kişi və qadın - əsas reallığa söykəndiyini bəyan edən fərman imzalayıb. Sənəddə qeyd olunur ki, gender ideologiyası qəbul edilmir və bu məsələyə fundamental yanaşma əsas götürüləcək.

Bununla yanaşı, Trampın prezidentlik müddətində federal hökumət daxilində mövcud olan inklüzivlik proqramlarının bağlanacağı da bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
35
21
olaylar.az

10Sources