AZ

Lamin Yamal: “AÇ-yə uşaq kimi gəlib məşhuri-cahan qayıtdım”

“Barselona”nın 17 yaşlı ispaniyalı cinah hücumçusu Lamin Yamal Almaniyada keçirilmiş AÇ-2024-lə bağlı xatirəsini paylaşıb.

Arena.az “Mundo Deportivo” nəşrinin “Barça One” dərgisinə istinadı əsasında, yeniyetmə ulduzun müvafiq xatirəsini təqdim edir:

“Mən Avropa çempionatına uşaq kimi gəlmişdim. Yığma komanda haqda danışanda məni vacib oyunçu kimi qeyd etmirdilər. Amma qayıdanda anladım ki, bütün dünya məni tanıyır. Mən məzuniyyətdə olanda məni küçədə saxlayırdılar. Gənc uşaqlara kumir olduğum üçün çox xoşbəxtəm, bu, inanılmazdır. Bununla belə, dostlarım, əmim oğlu, anam və atam və nənəm məni torpaqda ayaqların üzərində möhkəm saxlayırlar”, deyə Yamal şöhrətpərəst olmadığına işarə vurub.

Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 21 oyuna çıxıb, 6 qol və 12 məhsuldar ötürmə ilə fərqlənib.

Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 72 oyun, 13 qol və 21 məhsuldar ötürmədən ibarətdir.

Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığma komandasının heyətində 17 oyun keçirib, 3 qol vurub, 9 məhsuldar ötürmə verib.

Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə 2022/2023-cü illər mövsümündə qazandığı İspaniya La Liqası var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı cinah hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
71
8
arena.az

10Mənbələr