Yeni seçilmiş ABŞ prezidenti Donald Tramp, 20 yanvar tarixində keçiriləcək andiçmə mərasimində 200-dən çox fərman imzalayacaq. “Ulusum”.az xəbər verir ki, bu barədə Fox News məlumat yayıb.Xüsusilə, Tramp, Meksika ilə sərhəddə fövqəladə vəziyyət elan edəcək, hərbiçilərə daxili təhlükəsizlik naziri ilə əməkdaşlıq etməyi tapşıracaq və sərhədin bütün qeyri-qanuni miqrantlar üçün bağlanacağını açıqlayacaq.Yeni prezident, ABŞ-ın milli təhlükəsizliyini qorumaq məqsədilə FTB, Miqrasiya və Gömrük İdarəsi (ICE) və digər qurumların əməkdaşları ilə birgə xüsusi əməliyyat qrupları yaradacaq. Tramp, narkotik kartellərinin xarici terror təşkilatları kimi elan edilməsini planlaşdırır.Bundan əlavə, Tramp enerji sahəsində fərmanlar imzalayacaq və özündən əvvəlki prezident Coo Baydenin ABŞ-ın enerji təchizatını məhdudlaşdıran siyasətini ləğv edəcək.Yeni prezident, yüksək rütbəli dövlət məmurları üzərində prezident nəzarətinin gücləndirilməsi haqqında fərman imzalayacaq. O, həmçinin, 2020-ci ilin prezident seçkiləri öncəsi Joe Baydenin oğlu Hunter Baydenin noutbuk məsələsi ilə bağlı milli təhlükəsizlik sahəsində 51 nəfərin gizli məlumatlara giriş icazəsini dayandıracaq.Vaşinqtonda tərəfdarları qarşısında çıxış edərkən, Tramp bildirdi ki, Bayden administrasiyasının "hər radikal və axmaq" icra fərmanı onun andiçmə mərasimindən bir neçə saat sonra ləğv ediləcək.Səidə Mustafa
Diqqət Çəkənlər
Ədalət Partiyasi 20 yanvar faciəsinin növbəti il dönümü ilə bağlı bəyanət yayib
Yonhap: Yun Sok Yol tərəfdarlarını məhkəmədə baş vermiş dağıntılardan sonra sülh yolu ilə etirazlar etməyə çağırıb
ABŞ-da TikTok qadağan edilib