Bu il peşə təhsili müəssisələrinə qəbul son on ilin ən yüksək göstəricisidir.
AzEdu.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin sədri Ceyhun Kərəmov "Peşə təhsilverəni: Yeni çağırışlar və perspektivlər" mövzusunda konfransda deyib.
Onun sözlərinə görə, Azərbaycanda peşə təhsilinin inkişafı ümumi təhsilin inkişafı ilə bağlı mühüm hədəflərdən biridir:
"Bu çərçivədə peşə təhsilinin əhatəliliyinin və keyfiyyətinin artırılması qarşıya məqsəd kimi qoyulub. Son illərdə də peşə təhsilinin əhatəliliyinə dair bir çox hədəfə artıq nail olunub. Bu tədris ilində peşə təhsil müəssisələrinə 25 minə yaxın tələbə qəbul edilib. Bu da son on ilin ən yüksək göstəricisidir. 2026-cı ilədək təxminən 28 min tələbənin peşə təhsil müəssisələrinə cəlb edilməsi planlaşdırılır".