AZ

Rumıniyalı futbolçu: “Qarabağ”la oyunda bəxtimiz gətirdi

"Bizim üçün yaxşı oyun oldu".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Rumıniyanın FKSB komandasının futbolçusu Mixay Popesku UEFA Avropa Liqasının əsas mərhələsinin VII turunda "Qarabağ" 3:2 hesabı ilə qalib gəldikləri oyun barədə danışarkən deyib.

Onun sözlərinə görə, meydanda kompakt oyun qələbədə əsas amil olub: "Birgə oynayanda, uğurlu nəticə əldə etmək olur. Bakıya qələbə üçün gəlmişdik, bunu da bacardıq. "Qarabağ"ı təhlil etdiyimiz zaman keçmiş oyunların videoyazılarına baxmışdıq. Rəqibin necə oynayacağını bilirdik”.

31 yaşlı müdafiəçi “Qarabağ”la oyunda bəxtlərinin gətirdiyini söyləyib: “Çünki rəqib hesabda iki dəfə önə keçdi. Sevinirəm ki, “Qarabağ”dan bir qol artıq vuraraq qalib gəldik”.

Rumıniyalı futbolçu Azərbaycan çempionunun yaxşı komanda olduğunu bildirib: “Qarabağ” son illər hər mövsüm ölkə çempionu olur. Avropada da uğurlu nəticələr qazanıblar. Komandanın oyun üslubu xoşuma gəlir”.

M.Popesku Ağdam təmsilçisinin heyətində bəyəndiyi futbolçuların adlarını da çəkib: “Elvin Cəfərquliyev, Marko Yankoviç və Abdullah Zubirin oyun tərzini bəyənirəm. Onlar komandanın oyununda fərq yarada bilirlər. Mənə görə, adlarını çəkdiyim futbolçular “Qarabağ” üçün ən vacib simalardır”.

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının əsas mərhələsində sonuncu görüşünü yanvarın 31-də səfərdə Yunanıstan təmsilçisi “Olimpiakos”a qarşı keçirəcək.

Seçilən
1
2
bakivaxti.az

10Mənbələr