Rusiya mətbuatı Avropa Liqasının əsas mərhələsinin 7-ci turunda Rumıniyanın FKSB klubu ilə Bakıda keçirilən oyunda (2:3) “Qarabağ”ının məğlubiyyətini şərh edib.
Sportal.az “Sport Ekspress”ə istinadən xəbər verir ki, rusiyalı həmkarlarımız Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun fikirləri barədə də yazıb:
"Hələ ki pik formamızda deyilik. Bizim bəzi problemlərimiz var, amma hansı komanda ilə oynadığımızı bilirik”deyə, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyun ərəfəsində bildirmişdi. Azərbaycan çempionu sürətli qolla hesabı açsa da, eyni sürətlə rumınlara künc zərbəsindən hesabı bərabərləşdirməyə imkan verdi. Bir neçə dəqiqə sonra Kevin Medina qapıçını sığortalamasaydı, işlər daha pis ola bilərdi. "Qarabağ" fasiləyə öndə yollanmaq şansına sahib idi. Elvin Cəfərquliyevin ənənəvi fəaliyyəti, hücumu dayandırmağa çalışan Davanın avtoqolu ilə nəticələndi. Yalnız hakimin əlavə etdiyi vaxtın dördüncü dəqiqəsində FKSB yenidən bərabərliyə nail ola bildi. “Qarabağ”ın qapıçısının çıxışda səhvi ucbatından komanda sonda məğlub oldu. FKSB-nin üzvü Şut burnu sınması bahasına topu dirəyin altından vurdu-2:3. Rumınlar turniri ilk səkkizlikdi başa vura bilər. Artıq pley-offa yüksəlmək şanslarını itirmiş “Qarabağ”ın Konfrans Liqasının qalibi “Olimpiakos”la görüş öncəsi əhval-ruhiyyəni yaxşılaşdırması çətin görünür".
saytlarin hazirlanmasi