“Layiqli qələbə qazandığımızı desəm, yalan olar. Sadəcə, fədakarlıq göstərdik”.
Msport.az xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının əsas mərhələsinin VII turunda Bakıda “Qarabağ”a 3:2 hesabı ilə qalib gələn Rumıniyanın FKSB klubunun İdarə Heyətinin sədri Mixay Stoyka deyib.
O, ilk dəfədir bir oyunda hər üç qolun künc zərbəsindən vurulduğunu bildirib: ”İndiyək bu cür hadisə ilə rastlaşmamışdım. Oyundan əvvəl verdiyim açıqlamada görüşün bolqollu keçəcəyini demişdim. İndi hər kəs məni təbrik edəcək”.
Funksionerin sözlərinə görə, “Qarabağ” oyunda daha bir neçə qol vura bilərdi: “Rəqibin yüksək keyfiyyətli oyunçuları var. Matçdan əvvəl demişdim ki, “Qarabağ” risk edəcək”.