AZ

Stefan de Kersmaker: ''Donald Tramp Aİ administrasiyası ilə əlaqə saxlamayıb''

Avropa İttifaqı (Aİ) Komissiyasının sözçüsü Stefan de Kersmaker bildirib ki, Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp hələ də Aİ administrasiyası ilə əlaqə saxlamayıb. Bu barədə de Kersmaker, keçirdiyi gündəlik mətbuat konfransında məlumat verib. O, yanvarın 20-də vəzifəsinin icrasına başlayan ABŞ prezidenti Donald Trampın Avropa İttifaqı rəsmiləri ilə əlaqə qurmadığını açıqlayıb.

Qeyd edək ki, Avropa İttifaqı rəsmiləri Donald Tramp and içdikdən sonra onu təbrik edib və birgə işləməyi səbirsizliklə gözlədiklərini bəyan ediblər.

Xatırladaq ki, Donald Trampın ilk prezidentlik dövründə Aİ-ABŞ münasibətləri xeyli pisləşmişdi. ABŞ prezidenti son seçki kampaniyası zamanı müdafiədən ticarətə qədər bir çox mövzuda Aİ ilə bağlı narahatedici açıqlamalar vermişdi.



Seçilən
19
50
trt.net.tr

10Mənbələr