ABŞ prezidenti Donald Trampın Kolumbiyaya qarşı sanksiyalar tətbiq etməsindən sonra neftin qiyməti aşağı düşüb.
Marja.az xəbər verir ki, 1 barel Brent neftinin qiyməti 78 dollardan aşağı düşüb. Bakı vaxtı ilə saat 08:45-də Brent nefti 0,7% ucuzlaşma ilə 77,95 dollardan ticarət olunub.
ABŞ xam nefti 74 dollara yaxınlaşıb.
ABŞ, deportasiya olunmuş immiqrantları daşıyan hərbi təyyarələrin enişinə icazə vermədiyi üçün Kolumbiyaya tariflər və sanksiyalar tətbiq edib. Həmçinin ABŞ administrasiyası Kanada və Çin də daxil olmaqla bir sıra digər ölkələrdən mal idxalına qarşı tədbirlər görəcəyi ilə hədələyib.
Xam neft bu il ABŞ-ın Rusiya neftinə qarşı tətbiq etdiyi sanksiyalardan sonra bahalaşmşdı. Asiyada bəzi emalçılar Rusiya neftinə alternativ mənbələr axtarmağa başlayıblar. ABŞ prezidenti Donald Tramp Neft İxrac edən Ölkələr Birliyini ( OPEC) qiymətləri aşağı salmağa çağırdığından, ötən həftədən Brent nefti ucuzlaşmağa başlayıb. Tramp hesab edir ki, neftin ucuzlaşması Ukraynadakı müharibəni dayandırmaq üçün Rusiyaya potensial təzyiqdir.
Həmçinin Donald Tramp ABŞ-ın daha çox neft hasil etməsinə icazə verib.